Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 8 » Kazimirov yenə sayıqladı
12:40
Kazimirov yenə sayıqladı

Minsk Qrupunun keçmiş ermənipərəst üzvü Azərbaycanı ittiham etdi

Rusiyalı politoloq, Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiyanı və Qafqazı Öyrənmə Mərkəzinin işçi qrupunun koordinatoru, tarix elmləri namizədi Aleksandr Skakov "Regnum” informasiya agentliyinə müsahibəsində Cənubi Qafqazdakı ümumi situasiyanı şərh edib. 

"Gündəlik Teleqraf”ın məlumatına görə, ekspert Ermənistanın vəziyyətinin xarici faktorlardan asılılığı üzündən ağırlaşdığını bildirib. 

O qeyd edib ki, bura Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanla münasibətlər, İrana hücum, eyni zamanda İranın və ya digər oyunçulardan birinin Azərbaycanda stabilliyi pozması ehtimalı, Gürcüstanda daxili siyasi qeyri-stabillik, Türkiyənin gələcəyi və erməni-türk barışığının perspektivi, gələcək erməni-rus münasibətləri, Ermənistanın "Avropa seçimi” perspektivi daxildir. Ekspertin fikrincə, mövcud situasiya belə düşünməyə əsas verir ki, sanki Ermənistan rəhbərliyi regionda yaranan çətinlikləri aydın dərk etmir və daha çox özünün gələcək siyasi "sağ qalma perspektivi”ndən narahatdır. A.Skakov Ermənistanın "erməni soyqırımı”, Dağlıq Qarabağ, Ermənistan-Türkiyə məsələlərində ciddi nailiyyət əldə etmədiyini vurğulayıb: "Elə təəssürat yaranır ki, Ermənistanın Avropa Birliyi ilə əlaqələrində bəzi irəliləyişlər var. Düşünmək olar ki, bu irəliləyişlər xəyalidir. Brüssel istəyir ki, Ermənistanı Rusiyadan maksimal dərəcədə qoparsın, ittifaq zəncirlərini zəiflətsin, qarşılıqlı etibarsızlıq toxumları səpsin və bununla da Rusiyanın Cənubi Qafqaza təsirlərini azaltsın. Lakin belə bir sual yaranır; əgər Rusiya regiondan tamamilə getsə, onun yerinə kim gələcək?”

Ekspert hesab edir ki, Brüsselin regiona hazırda elə bir marağı yoxdur. Avropa Birliyinin Ermənistana əsl münasibətinə gəlincə isə, Skakov Ramil Səfərov məsələsində bunun bir daha nümayiş olunduğunu xatırladıb.

Rusiyalı ekspertin fikrincə, hazırda heç kim İsrailin İrana hücum niyyətinə, eləcə də Azərbaycanın Dağlıq Qarabağa hücum planına təsir edə bilməz: "Hərçənd elə düşünürlər ki, ATƏT-in Minsk Qrupu və digər dünya oyunçuları öz istəklərinə uyğun olaraq nəinki Bakıya, eləcə də Dağlıq Qarabağ danışıqlar prosesinin bütün tərəflərinə həqiqi təsir edə bilərlər”. Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində heç bir irəliləyiş əldə edilmədiyini qeyd edən ekspert hesab edir ki, münaqişə tərəflərinə beynəlxalq təzyiq açıq-aydın azdır.

İrana hücum olunacağı təqdirdə regionda yarana biləcək situasiyanı şərh edən A.Skakov bildirib ki, regiondakı ümumi qeyri-stabillik Dağlıq Qarabağa hücum etmək üçün Azərbaycana əla imkan verəcək: "Əgər o bu imkandan istifadə etməsə, bu, məntiqsiz qərar olardı. Bəzi qiymətləndirmələrə görə, belə bir hücumla bağlı Bakı artıq prinsipial qərar qəbul edib. Məsələ sadəcə, onun tarixindədi. Bakının bütün dünya mərkəzlərini Rusiyanın heç vaxt potensial olaraq mümkün erməni-Azərbaycan münaqişəsinə qarışmayacağına fəal şəkildə inandırması əbəs yerə deyil”.

A.Skakovun müsahibəsinə artıq ATƏT-in Minsk Qrupunun rusiyalı keçmiş həmsədri, 1992-96-cı illərdə Dağlıq Qarabağ sülh danışıqlarında Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, hazırda Rusiya XİN-in Veteranlar Şurasının sədri Vladimir Kazimirov münasibət bildirib. O, bu müsahibə ilə bağlı "Dağlıq Qarabağa yeni yürüş olacaqmı” adlı məqalə həsr edib. "Regnum”a göndərdiyi məqalədə keçmiş həmsədr münaqişənin hərbi əməliyyatlar fazasına keçəcəyini ehtimal etmədiyini bildirib və bunu rəsmi Bakı üçün "qeyri-rasional” həll yolu adlandırıb. V.Kazimirov məqaləsində həmişəki kimi ermənipərəst mövqe sərgiləyib. Əslində onun A.Skakovun müsahibəsi ilə bağlı tələm-tələsik məqalə yazması da bunun göstəricisi sayıla bilər. V.Kazimirov Dağlıq Qarabağda, habelə işğal olunmuş 7 rayonda yaşayan erməni əhalinin səlahiyyətli nümayəndəsi, yaxud vəkili kimi çıxış edərək onların Azərbaycanın mümkün hərbi əməliyyatlarına qarşı qətiyyətlə döyüşəcəklərini bildirib. Həmçinin qeyd edib ki, Dağlıq Qarabağa daxil olmaq üçün hazırda ermənilərin nəzarət etdikləri yüksəklikləri fəth etmək lazımdır, bu da Azərbaycan tərəfinə xeyli vaxt itkisi və çoxlu qurbanlar hesabına başa gələcək. Çox maraqlıdır ki, V.Kazimirov BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi 4 qətnamənin üzərindən sükutla keçib. Əvəzində Azərbaycan rəhbərliyinin 1993-94-cü illərdə BMT TŞ-nin hərbi əməliyyatların dayandırılması tələbi ilə qəbul etdiyi qətnamələrə (?) məhəl qoymadığını vurğulayıb. Keçmiş həmsədr neçə saylı qətnamələrdən söhbət getdiyini açıqlamayıb. Ermənipərəst Kazimirov təmas xəttindən snayperləri geri çəkmədiyi, həmçinin zabit Ramil Səfərovun əfv edildiyi üçün də Azərbaycan rəhbərliyini ittiham edib. "Azərbaycanın müdafiə naziri 1994-cü il avqustun 28-də atəşkəsin pozulması ilə nəticələnə biləcək insidentlərin araşdırılmasına, təqsirkarların müəyyənləşdirilməsinə və cəzalandırılmasına dair əmr imzalayıb. Amma üstündən 20 ilə yaxın vaxt keçməsinə baxmayaraq, rəsmi Bakı belə təqsirkarları müəyyənləşdirib cəzalandırmağı bacarmayıb”, - məqalədə bildirilir.
Category: XƏBƏRLƏR | Views: 590 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Monday, 29.04.2024, 02:54
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012