Ərəbcə danışılan videoda, stolda əyləşən bir kişi uşaqları bir-bir yanına çağırır, dəftərlərini yoxladıqdan sonra onların xətkeşlə əllərinə vurur.
Qorxu içində gözləyən, yaşları 5 və 7 arasında dəyişən uşaqların arxasına, hətta başlarına belə zərbə vurur. Göz yaşları tökən uşaqları, dəftərləri yoxlayaraq vurmaqda davam edir. Yanına gələn bir uşağın saçından tutaraq əlində xətkeş ilə arxasına və daha sonra başına vurması etdiyi əzabın şiddətini göstərir.
Azeri-Xeber saytı bununla bağlı videonu təqdim edir: