Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 8 » Elşad Abdullayev daha bir video yaydı
13:15
Elşad Abdullayev daha bir video yaydı


Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev daha bir video-lent yayıb. Lent.az-ın məlumatına görə, videoda Elşad Abdullayev və onun qardaşı Eldəniz Abdullayevin Rövşanə Əliyeva adlı qadınla dialoqu yer alır. "Azadlıq” qəzetinə göndərilmiş görüntülər bir müddət əvvəl yayılmış videonun davamı kimi təqdim olunur və Rövşanə Əliyeva adlı qadın video-lentin ilk 15 dəqiqəsində Arzu Kazımov olduğu bildirilən şəxslə telefon danışığı aparır. Telefon danışığı Elşad Abdullayevin itkin düşmüş qardaşı Mahir Abdullayevin tapılması və ABU rektorunun Zahid Dünyamalıyevin (daxili işlər nazirinin keçmiş müavini) qəbuluna düşməsi müzakirə olunur.

 

Qeyd edək ki, Elşad Abdullayev Rövşanə Əliyeva ilə söhbətlərin əks olunduğu ötən videonu yayarkən kadrlardakı bir nəfərin üzü örtülmüşdü. Bu da müxtəlif söz-söhbətlərə səbəb olmuşdu. Budəfəki videoda isə həmin şəxsin üzü açıq göstərilir və onun Eldəniz Abdullayev olması görünür.

 

Yeni video-kadrlarda Elşad Abdullayev "Qardaşımı oğurlayıblar, gətirib versinlər. Nə generaldan qorxuram, nə marşaldan. Mən türmədən, hökumətdən qorxan adam da deyiləm. Qayda var, qanun var. Bu nə deməkdir? O məni qəbul eləməsə belə, istəsəm, günü sabah düşərəm onun qəbuluna. Bütün MVD məni tanıyır. Utanmırlar, xəcalət çəkmirlər ad-familiyalarından. Haram olsun xalqın, dövlətin bunlara verdiyi çörək...” deyə bildirir.

Rövşanə Əliyeva isə öz növbəsində Mahir Abdullayevin qaytarılmasının gecikməsinə görə Arzu Kazımovun günahkar olmadığını sübut etməyə çalışır. Həmçinin verilən puldan onun özünə bir manat da çatmadığını, halal-haram məsələlərinə diqqətlə yanaşdığını bildirir.

Category: XƏBƏRLƏR | Views: 466 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Monday, 29.04.2024, 02:19
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012