Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 8 » Gürcüstanda azərbaycanlı ailənin üzvlərini qətlə yetirən şəxs tutuldu
13:13
Gürcüstanda azərbaycanlı ailənin üzvlərini qətlə yetirən şəxs tutuldu
Gürcüstanın Kvemo Kartli regionunda azərbaycanlı ailənin üzvlərini qətlə yetirən şəxs saxlanılıb.


Gürcüstan DİN-dən Trend-ə verilən məlumata görə, Tbilisidə qəsdən adam öldürmə ittihamı ilə Marneuli rayonu Alqeti kənd sakini 1978-ci il təvəllüdlü Ramiq Əbdürrəhmanov saxlanılıb.

O, "Valter" tapançası və əl qumbarası ilə silahlanaraq Dövrüşovlar ailəsinin sağ qalan üzvlərini qətlə yetirmək üçün Marneuli xəstəxanasına gedərkən yaxalanıb.

Saxlanılanın izahatına görə, ailələr arasında münaqişə qısqanclıq zəminində yaranıb. Saxlanılan izah edib ki, onun arvadına daim gizli nömrədən zəng gəlirmiş. O, zəng edənin adını müəyyənləşdirib və üç dəfə onun arvadının narahat edilməməsi xahişi ilə müraciət edib, lakin zənglər davam edib.

2013-cü il yanvarın 1-də Ramiq Əbdürrəhmanov odlu silah və əl qumbarasından istifadə etməklə öz qonşularını - Dövrüşovlar ailəsinin iki üzvünü öldürüb, birini isə yaralayıb. 1965-ci il təvəllüdlü Ramiz Dövrüşov və onun arvadı, 1966-cı il təvəllüdlüCəvahir Dövrüşova qətlə yetiriliblər. Onların oğulları, 1989-cu il təvəllüdlü Vəli Dövrüşov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. O hələ də reanimasiya şöbəsindədir.

Faktla bağlı Cinayət Məcəlləsinin 109-cu maddəsinin üçüncü hissəsinin "а" bəndi üzrə cinayət işi qaldırılıb. Bu maddə 16 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası nəzərdə tutur.
Category: Kriminal | Views: 684 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Monday, 29.04.2024, 05:30
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012