Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 8 » 2012-ci il jurnalistlər üçün hansı hadisə ilə yadda qaldı? SORĞU - EKSKLÜZİV
17:26
2012-ci il jurnalistlər üçün hansı hadisə ilə yadda qaldı? SORĞU - EKSKLÜZİV
 











Günel Əbilova (Qafqazinfo.az saytının əməkdaşı) – "31 avqust Ramil Səfərovun ekstradisiya və əfv olunması”.

Kənan Rövşənoğlu (Müsavat qəzetinin əməkdaşı) – "Elşad Abdullayevin videoları və ondan sonra baş verənlər"

Könül İbrahimova (Vətəninfo.az saytının əməkdaşı) - "Jurnalistika sahəsində uğurlara imza atmışam. Ümid edirəm ki, uğura gedən yol məhz bu saytdan keçəcək".

Arzu Abdulla (Yaşıl Qafqaz jurnalının əməkdaşı) - "2012-ci il şəxsi həyatımda çox uğursuz oldu. Bütün həyatım boyu unuda bilməyəcəyim zərbəni vurdu mənə. Amma işgüzar baxımdan elə də pis olmadı. O ki qaldı ölkənin siyasi və sosial həyatına. Məmləkətimiz iki yüz ildir gəldiyi yoldadır. Heç nə dəyişməyib və dəyişməyəcək. Çünki dəyişmək birinci təfəkkürdən başlayır. Buna isə illər gərəkdir. İnşallah, üzümüzə gələn il bizə çoxlu uğur gətirər. Bu uğuru isə dayanıb qapıda gözləmək yersizdir. Uğurun dalınca qaçmaq gərəkdir".

Əli Həyati (Qol.az saytının əməkdaşı) - "Ən mühüm hadisə ilin saytı seçilməyimiz mən də yaxşı jurnalistlər sırasında liderlərdən olmağım. Həmçinin 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatına ev sahiblik etməyimiz. Cenefer Lopez və Şakira kimi ulduzların ölkəmizə təşrif buyurması".

Sevinc İltifatqızı – (Modern.az saytının əməkdaşı) - "Demək olar ki, son vaxtlar gündəmdən, manşetdən düşməyən Elşad Abdullayevin yaydığı videolar və Gülər Əhmədova məsələsi".

Tural Əli (İslamazeri.az internet qəzetinin əməkdaşı) "2012-ci il mənim yaddaşıma repressiya ili kimi həkk olundu. Ötən bu bir il ərzində çox sayda ruhanimiz, dindarımız həbslə salındı, iki hicab məhbusumuz şəhid edildi. Bir sözlə deyərdim ki, 2012-ci il mənfi xatirələrlə doludur".

Rəqsanə Yusifzadə (XeberLent.az informasiya agentliyinin əməkdaşı) - "2012-ci il ilk növbədə ətrafımda olan insanların pis və yaxşı olduqlarını öyrənməyimlə yaddaş tariximə keçdi. İş həyatımda kariyerama başlamağım, eyni zamanda bu başlanğıcı möhtəşəm bir kollektivlə, hörmətli jurnalist heyyətiylə birgə olmağım. Digər ən yadımda qalan və unutulmayacaq hadisə isə qəzaya düşməyim olub".

Elnur Eltürk (Vətəninfo.az saytının redaktoru) – "Saytımızın yaradılması və 2012-ci ildə ailə həyatı qurmağım”

Ceyhun Eyyubov (Sia.az saytının müxbiri) - Hər bir kəs kimi mənim üçün də 2012-ci il çox uğurlu illərdən biri kimi yadda qalıb. İlk növbədə, işlədiyim "Səs” Media Holdinq şirkətində bir çox uğurlara və nailiyyətlərə imza atdım. Bir il yarım fəaliyyətim dövründə Səs İnformasiya Agentliyində (SİA) aparıcı siyasət yazarı kimi özümü doğrultdum və bütün siyasətin yükünü öz çiyinlərimə götürdüm. Bununla belə, "Səs” İnternet televiziyasında (SəsTV) aparıcı və müxbir kimi bir sıra yeni layihələrin aparıcısına çevrildim. Bunlara misal olaraq, ölkəmizi və vətəndaşlarımızı maraqlandıran aktual mövzuları ("Erkən nikahlar”, "Uşaq hüquqlarının qorunması”, "Narkomaniya”, "Küçə uşaqları” və s.) "Doğruya Doğru”, "Gündəm” verlişləri vasitəsilə tamaşaçılarımızın diqqətinə çatdırdım. Eləcə də ölkədə və dünyada baş verən xəbərləri "24 saat Xəbərlər Buraxılışı”nın aparıcısı kimi sizlərin evinizə gətirdim.

Mənə qarşı olan bütün iradları, tənqidləri öyrənməyim və özümü tanıtdırmağım üçün qəbul etdim. Çünki mənim arzularım daha çox idi. Qarşıma başlıca məqsəd kimi getdikcə irəliləməyi və yeni-yeni nailiyyətlər qazanmağı qoymuşdum. Bəlkə də bunun nəticəsi idi ki, iyulun 24-ü 2012-ci il tarixində Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Azərbaycan milli mətbuatının yaranmasının 137-ci ildönümündə YAP-ın sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov tərəfindən 22 iyul - Milli Mətbuat Günü münasibətilə mükafata layiq görüldüm.

Məhz bundan sonra YAP-ın və hakim partiyanın Gənclər Birliyinin ölkədə və xaricdə keçirilən bütün tədbilərinə ezam olundum. Bu mənim üçün həm sevincli həm də məsuliyyətli bir an idi.

SəsTV-də hazırladığım bütün reportajlarda, araşdırmalarda cəmiyyətin bütün təbəqələrinin arzu və istəklərini canlandırmağa çalışdım.

Rəqsanə Yusifzadə

Səbuhi Vaqifoğlu

Category: Araşdırma | Views: 729 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Saturday, 27.04.2024, 12:19
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012