Qeyd edək ki, bir neçə gün əvvəl Ərdoğan Suriya ilə sərhəddə yerləşən Akçekaleyə gedərkən Suriya Milli Şurasının lideri Muaz əl Hatibin hədiyyə etdiyi əbanı geyinib. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Suriya paltarı geyməsi İranın etirazına səbəb olub.
Azeri-Xeber.ucoz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İran xəbər agentliyi bu addımına görə Ərdoğanı tənqid edib. "Ərdoğan Osmanlını yaşatmaq üçün əba geyindi” başlığı ilə yazılan məqalədə agentlik Ərdoğanın Osmanlı imperiyasını vəhabi geyimində yaşatdığını, bununla da vəhabiliyi təmsil etdiyini qeyd edib.
|