İraqlı şiələrin dini və hərbi lideri cümə namazını sünni müsəlmanlarla birlikdə qılıb İraqlı şiələrin dini və hərbi lideri şeyx Müqtəda əs-Sədr cümə namazını sünni müsəlmanlarla birlikdə qılıb. "Anadolu” agentliyinin (AA) məlumatına görə ötən gün, 2010-cu ildə Bağdadda terror hücumuna məruz qalmış kilsəni ziyarət edən şeyx əs-Sədr daha sonra "Abdülqadir Geylani” məscidinə gedərək burda cümə namazı qılıb. Qeyd edək ki, "Abdülqadir Geylani” məscidi Bağdadda sünni icmasının ən əhəmiyyətli ibadət mərkəzlərindən biri hesab olunur.
Xatırladaq ki, Müqtəda əs-Sədr ölkədə şiə əslli baş nazir Nuri əl-Malikiyə qarşı keçirilən etiraz aksiyalarına da dəstək verdiyini bildirib.
|