"Deyəcək bir söz var ki, hamımızın qayıdacağı yer tövbədir”
Türkiyənin "atv” kanalında yayımlanan "Nihat Hatipoğlu suallara cavab verir” proqramı ilə canlı telefon əlaqəsi quran qadın tamaşaçının zina etirafı aparıcını hiddətləndirib. Məlumata görə, zəng vuran qadın tamaşaçı aparıcı Nihat Hatipoğluna "Mən həyat yoldaşımı aldatdım, vicdan əzabı çəkirəm. Nə etməliyəm?” – deyə soruşub. "Təbii ki, vacdan əzabı çəkməlisən” deyən aparıcı, "Yazıqlar olsun, ona da sənə də. Amma deyəcək bir söz var ki, hamımızın qayıdacağı yer tövbədir” – deyə qeyd edib.