21 dekabr xurafatı ətrafında baş verənlər bir neçə məsələni üzə çıxartdı:
- insanlar 21-ci əsrdə də xurafatlara inanmağa meylliliyi davam etdirirlər;
- bir çox digər nəsnələr kimi, 21-ci əsrin xuratlarına inam da qlobal səciyyə daşıyır;
- belə başa düşülür ki, idarə olunan ictimai psixozun yeni texnolojiləri tətbiq olunmaqdadır və yaxud, yaranmış bu fenomen sözügedən effekti öyrənmək üçün yaxşı laborator imkanlar yaradır;
- amma ən əsası: insanların fitrətindən irəli gələn Qiyamətə inam, belə formalı yanlış təzahürlərdə bulunsa da, özünün fundamentallığını çox ciddi surətdə bəyan etməkdədir.
Belə şəraitdə nə etməli?
- hövsələ və helmlə insanları maarifləndirmək; ictimai psixozun məhsulu olaraq meydana çıxmış vahiməni aradan aparmaq üçün insanların tutumuna uyğun olaraq, onlara rasional və elmi müstəvidə gerçəklikləri çatdırmaq;
- bu fenomenin aşkarladığı vücudi böhranı qarşılamaq üçün insanları İlahi təlimin işığında Məad məfhumu ilə tanış etmək və bununla bağlı insanın üzərinə düşən vəzifələri izah etmək;
- ən əsası isə - dünyanın müvəqqətiliyinin mövsümi (21 dekabr və s.) xarakter daşımadığı, əslində insanın həyatının gündəlik prioritetlərinin müəyyənedici amili rolunda çıxış etməli olduğu anladılmalıdır.
******
"Səndən Qiyamət barəsində - onun nə vaxt baş verəcəyini soruşurlar? De: «Həqiqətən onun elmi yalnız Rəbbimin yanındadır. Onu vaxtı (çata)nda, yalnız O, zahir edəcəkdir. (Bu hadisə) göylərdə və yerdə (onların sakinləri üçün) ağırdır. O, sizə yalnız qəfildən gələcəkdir. Səndən, sanki sən ondan tam xəbərdarsanmış kimi soruşurlar! De: «Həqiqətən, onun elmi yalnız Allahın yanındadır, lakin insanların çoxu bilmirlər»". ("Əraf" surəsi, 187-ci ayə)
"Və o (əcəl sona yetişən və Qiyamət) gəlib çatan zaman Onun izni olmadan heç kəs danışmaz. Beləliklə, onlardan bəzisi bədbəxtdir (öz vücudunun bütün xeyirlərini puç edib) və bəzisi xoşbəxt (öz vücudunun bütün xeyirlərini əldə edib)”. ("Hud" surəsi, 105-ci ayə)