Main » 2012 » December » 20 » 5 oktyabr "Hicaba azadlıq" aksiyasında həbs olunanların sayı 35-ə çatıb
15:21 5 oktyabr "Hicaba azadlıq" aksiyasında həbs olunanların sayı 35-ə çatıb |
| 5 oktyabr "Hicaba azadlıq" aksiyasında həbs olunanların sayı 35-ə çatıb |
|
Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş 5 oktyabr "Hicaba azadlıq” aksiyasına görə həbs olunanların sayı 35 nəfərə çatıb. Aksiya zamanı və sonradan həbs olunan 8 nəfərin işi isə ayrıca icraata götürülüb.
Vəkil Anar Qasımlı "Media forum” saytına deyib ki, 5 oktyabr hadisələrində təqsirləndirilən iki nəfərin hüquqlarını müdafiə edir: "Nəsimi Həsənovun və İlham Hətəmovun vəkiliyəm. İlham Hətəmovun və digər 7 nəfərin işi ayrıca icraata götürülüb. Bu, 8 nəfərin daha yüngül maddə ilə təqsirləndirilməsi ilə bağlıdır”.
İndiyə qədər yayılan qeyri-rəsmi məlumata görə, 5 oktyabr aksiyası ilə əlaqədar 32 nəfər tutulub. Bakı Şəhər Prokurorluğu aksiyada baş verənləri Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə araşdırır.
Dekabrın 1-də Səbail Rayon Məhkəməsi 5 oktyabr aksiyasına görə tutulanların həbs müddətinin 2013-cü il fevralın 5-dək uzadılması haqqında qərar çıxarıb.
Respublika Prokurorluğunun mətbuat xidməti "Media forum” saytının 5 oktyabr məhbuslarının sayının 35-ə çatması və 8 nəfərin işinin ayrıca icraata götürülməsi barədə sorğusunu cavablandırmayıb. |
|
|
Category: Mənəviyyat |
Views: 455 |
Added by: Seymur86
| Rating: 0.0/0 |
|
|
Login |
|
|
|
Axtarış |
|
|
|
Təqvim |
|
|
|
Dostlar |
|
|
|
Kateqoriyalar |
|
|
|