Azeri-Xeber.ucoz.com-un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər xəndəyə düşüb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1937-ci il təvəllüdlü Əlisoltan İmamverdi oğlu Cavadov təmir işləri aparılan ərazidə dərinliyi təxminən 6-7 m olan xəndəyə düşüb və nəticədə həlak olub.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə Cavadovun cəsədini quyudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
|