Paytaxt Bakının Nəsimi rayonunda 84 yaşlı bir qadın yaşadığı mənzildə yanaraq ölüb.
azeri-xeber.cuoz.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 46 kv. m olan üçotaqlı mənzilin 1 otağında yataq dəsti yanıb.
Yanğın zamanı 1928-ci il təvəllüdlü Ruqiyyə Cəlal qızı Bayramovanın yanmış cəsədi aşkar olunub.
Yanğın bölmələri çatana kimi yanğın vətəndaşlar tərəfindən söndürülüb.