Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 21 » Abgül Süleymanov azadlıqsevərlərin həyatına işıq saçan bələdçidir
13:25
Abgül Süleymanov azadlıqsevərlərin həyatına işıq saçan bələdçidir
haber
Haqqı deyən haqdan gəlib deyirlər, haqq isə bir dənədir

Dünyanın hər yerində dinindən, irqindən asılı olmayaraq haqq və ədalət uğrunda mübarizə aparan, zalımlara  baş əyməyərək yalnız Allah-Təala qarşısında səcdə edən, tanrı qarşısında heç bir haram iş görməyən, heç bir dünyavi cinayət törətməyən böyük şəxsiyyətlər öz əqidələrinə görə həbs olunurlar.

Təbii ki, belə şəxsiyyətlər həm cəmiyyətdə, həm də beynəlxalq aləmdə tanınıb seçilir və onlara beynəlxalq təşkilatlar tərəfindən hüquqi müstəvidə "vicdan məhbusu” statusu verilir.
"Vicdan məhbusu”statusu olan həmin insanlar həbsxanalarda məhbus həyatı  yaşayarkən ləyaqətli insan kimi tanınır, həbsxana sakinləri tərəfindən hörmət və ehtiramla qarşılanırlar.
"Vicdan məhbusu” statusu ilə məhbəs həyatı yaşayan əqidəli bir insan cəmiyyətdə əcnəbi bir ölkənin "fəxri vətəndaşlığını”alaraq həmin ölkədə ehtiramla yaşayan vətəndaşı xatırladır.   
Amma bu statuslar arasında böyük fərqli cəhətlər var və əsası da odur ki, "fəxri vətəndaşlığı” almaqda seçim var və onu pul-para ilə də almaq olar, ancaq "vicdan məhbusu” statusunda seçim yoxdur, onun yolu yalnız həbsxanadır.
Bununla bərabər, xüsusilə qeyd etmək lazımdır ki, "vicdan məhbusu” statusu yalnız əqidəsinə görə zalımlara qarşı mübarizə aparan ləyaqətli insanlara verilir.

Həqiqət naminə qeyd etmək lazımdır ki, Azərbaycanın həqiqi ruhanilərinin liderlərindən olan, əqidəsinə görə hakimiyyət tərəfindən 11 il həbs cəzası almış Abgül Süleymanov sıradan bir insan deyil.
Hacı Abgül  Süleymanov zülmə, zəlalətə bütün varlığı ilə yox deyən, bu amal uğrunda sevə-sevə canını belə qurban etməyə hazır olan, kamala yetişmək və hidayətə qovuşmaq üçün zəlalətə baş əyməyərək  haqsızlığa qarşı İslam dini uğrunda Allaha xatir "cihad” edən qeyri-adi bir insandir. Əlbəttə ki, zaman gələcək hacı Abgül Süleymanov kimi şəxsiyyətlərlə nəinki, onun əzizləri, əqidə qardaşları bütün möminlər və müsəlmanlar fəxr edəcəklər.

Doğrusunu deyim ki, əvvəllər mənim hacı Abgül Süleymanovla şəxsi tanışlığım olmayıb və hələ də onunla üz-bəüz görüşməmişəm, amma yaşadığım həbsxana həyatı bu mübariz insanı mənə yaxından tanıtdırdı. Birlikdə qazamat həyatı yaşadığımız həbsxanada Abgül Süleymanovun qayınatası, Bülbülə kəndinin tanınmış insanlarından olan, 64 yaşlı hacı  Mövsüm Novruzov "hicab məhbusları” olan ilahiyyatçı hacı Tale Bağırov, hacı Mehdi Məmmədov hacı Abgülün indiki cəmiyyət üçün dərk edilməsi çətin olan xütbələrindən, zülmə qarşı göstərdiyi müqavimətdən Allah -Təalaya, İslam peyğəmbərinə, onun əhli-beytinə olan sevgisindən çox söhbətlər ediblər. Odur ki,hacı Abgül haqqında yazı yazarkən mən yaxından tanıdığım əqidəli bir insan haqqında düşünürəm.

Bu günlərdə hacı  Mövsümlə görüşüb söhbət edəndə dedi ki, ”Azadlıq” qəzetində çalışan jurnalist Natiq Güləhmədoğlu hacı Abgül Süleymanov haqqında geniş məqalə yazıb, olduqca dürüst və haqqı deyən yazıdı, indiki zamanda haqqı demək, Abgül Süleymanov haqqında həqiqəti yazmaq özüdə bir şücaətdir. Halal o jurnalistə anasının südü ki, belə bir zamanda hacı Abgülü müdafiə edir, onun haqqında yazır. Əgər imkanım olsaydı o jurnalistə mütləq öz minnətdarlığımı bildirərdim. 
Natiq bəyin məqaləsini mən də oxudum, yazıdakı ardıcıllıq, Abgül Süleymanov haqqındakı həqiqətlər, jurnalistin özünə məxsus dəsti-xətti və təhlili açıq -aşkar göstərirdi ki, müəllif öz yazısında hacı Abgülün haqqının, tapdalanmış hüquqlarının müdafiəsinə qalxıb. Doğrudur Abgül Süleymanov barəsində çox yazılar yazılıb, amma həqiqətən Natiq Güləhmədoğlunun bu yazısı öz orjinallığı ilə seçilir və mən əminəm ki, bu məqaləyə ictimaiyyət tərəfindən mütləq münasibət bildiriləcək. 
Hacı Mövsümə dedim ki, darıxma, ay hacı, inşallah azadlığa çıxanda görüşüb təşəkkür edərsən, bir də ki, Natiq Güləhmədoğlu həmişə haqqı müdafiə edən jurnalistdi, əqidəli insandı, belə jurnalistlər təşəkkürü ruhən duyurlar, sən dua et ki, haqq zülmə qalib gəlsin, bu bəs edər. 

Son da isə demək istəyirəm ki, Abgül Süleymanov kimi fenomen şəxsiyyətlərin həyatı müasir zəmanəmizin azadlıq aşiqlərinin yoluna işıq saçan bir bələtçidir, haqqa söykənən bir dünyadır. Elə bu səbəbdən Aşura günü insanlığın nicat gəmisi və hidayət çırağı olan azadlıq məktəbinin banisi sayılan  İmam Hüseynin söylədiyi bir kəlamı xatırlatmaq istəyirəm: "Dininiz yoxdursa,heç olmasa azadlığınız olsun”, "Dininiz yoxdursa,heç olmasa kişiliyiniz olsun”. 

Bəli, haqqı deyən haqdan gəlib deyirlər, haqq isə bir dənədir. Odur ki, haqqı deyək, həqiqəti yazaq və həmişə haqqı müdafiə edək. 

Rasim Hüseynov
"Azərbaycan Tərəqqisi” Qəzetinin baş redaktoru 
16 saylı  CÇM
Category: Müsahibə | Views: 753 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Sunday, 24.11.2024, 01:11
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012