İsa peyğəmbərin doğum gününü qeyd edən amerikalılar yenidən dükanların önündə uzun növbələr yaradıb. Lent.az-ın Rusiya «NTV»-sinə istinadən məlumatına görə, bu dəfə onlar qohumları və dostlarından aldıqları hədiyyələri geri qaytarırılar. Mənbənin bildirdiyinə əsasən, ABŞ vətəndaşlarının çoxu «əsas hədiyyə deyil, diqqətdir» deyimi ilə razılaşmadıqlarını bu sayaq davranışları ilə büruzə verirlər. Xoşuna gəlməyəni ABŞ-da geri qaytarmaq çox asandır. Bunun üçün malın üzərində etiket olmalı, bir də onun həmin dükandan alındığını təsdiqləyən qəbz. Bu günlərdə ABŞ univermaqlarında uzun növbələr yaranıb. Onlar etiraf edib ki, milad hədiyyəsini alanda açıb, dükana qaytaracaqlarını seçirlər.
|