Ermənipərəst Robert Menendes ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri postunun sədri seçilə bilər
Con Kerri yeni dövlət katibi seçilsə, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri postuna ermənipərəst senator Robert Menendes seçilə bilər.
APA-nın məlumatına görə, bu barədə "RİA Novosti” agentliyinə komitədəki mənbə məlumat verib. Mənbə bildirib ki, komitənin hazırkı sədri dövlət katibi seçilsə, boşalan yerə ən real namizəd Robert Menendes sayılır.
Xatırladaq ki, ermənipərəst mövqeyi ilə seçilən 59 yaşlı Menendes İrana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihələrini aktiv şəkildə dəstəkləyir. O, Metyu Brazyanın Azərbaycana səfir təyin olunmasına qarşı çıxan senatorlardan biridir.