Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 19 » ABŞ-ın MASON LOJASININ TÜRK RƏHBƏRİ HAQDA BİLGİLƏR
16:56
ABŞ-ın MASON LOJASININ TÜRK RƏHBƏRİ HAQDA BİLGİLƏR

Türk Çətin Durak bir neçə bestsellerin müəllifi Den Braunun "İtmiş simvol” əsərində olayların baş  verdiyi mason lojasının rəhbəri seçilib

Dekabrın 17-də dünyanın bir sıra aparıcı xəbər agentlikləri Vaşinqtonun ən sirli mason lojası Potomak Lojasına milliyyətcə türk Çətin Durak rəhbər seçildiyi haqqında xəbər yayıb.

Vaşinqtonda düzənlənən mərasimdə mason lojasının rəhbəri postunu təhvil alacaq Çətin Durak ABŞ-DA Türkiyənin lobiçiliyi ilə məşğul olan Ünal Durakın oğludur. ABŞ-ın məşhur universitetlərində təhsil alan Ç.Durak hazırda Bloomberg Qrupunda çalışır. Onun buna qədər də  iş həyatında ciddi uğurlar qazandığı bildirilir.


Potomak lojasının adı çoxlarına son illərin ən çox satılan müəllifi Den Braunun "İtmiş simvol” əsərindən tanışdır. Əsərində olaylar məhz bu mason lojasında baş verir. Potomak Lojası həm də Amerikanın qurucusu Corc Vaşinqtonun toxmağını daşıması ilə də məşhurdur. Üzvlərindən çoxu dünyanın aparıcı ölkələrinin xüsusi xidmət orqanlarının keçmiş və indiki əməkdaşları olduğu üçün Potomak  "kəşfiyyatçılar lojası” kimi tanınır.

Masonluğun köklərinə gəlincə, araşdırmaçılar deyir ki, bu ortaçağlara – 16-17-ci yüzilə gedib çıxır. Mason lojası ezoterik və sadəcə üzvlərinə açıq olan gizli bir qrupdur. Bu gün dünyadakı mason lojalarının üzvlərinin sayı 5 milyona qədərdir.

Masonlar öz aralarındakı bağlılığı ifadə etmək üçün bir-birlərinə "bəradər”, "qardaş” deyə müraciət edirlər. Bundan başqa, onların danışıqlarında bir-birini tanımaq və hansı qruplaşmaya mənsub olduqlarını təsbit etmək üçün xüsusi ifadələr var. Masonların ən çox yayılan deyimi "Audi, vide, tace”dir. Latın dilindəki bu deyim təxminən "dinlə, gör, dilini ud” kimi tərcümə olunur. Digər yayqın mason deyimlərindən biri isə V.i.t.r.i.o.l. isə insanın öz daxili aləminə səyahətə çıxması, həm özü, həm kainat haqqında dərin düşüncələrə dalmasının vacibliyini ifadə edir.

Mason qruplarına üzvlük xüsusi ayinlərlə müşahidə  olunur. Masonluğa qəbul edilənlər özəl olaraq seçilir. Öncə o, Təfəkkür hücrəsinə gətirilir. Bura divarları qara rəngə boyanmış, içərisində sümüklər, kəllə skeletləri, kiçik bir masa, bir kətil və yazı yazmaq üçün qələm-kağız olan kiçik hücrədir.


Masanın üzərində bir parça çörək, bir bardaq su, birində duz, digərinə kükürd olan iki kiçik qab var. Hücrə məşəl, ya da neft lampası ilə işıqlandırılır. Namizəd burada suallara yazılı cavab verəcək, vəsiyyətnaməsini burada yazacaq. Hücrənin divarlarında "Səni bura maraq gətiribsə, çıx get”, "Əzm etsən, təmizlənəcək, qaranlıqların uçurumundan çıxacaq, nura qovuşacaqsan” cümlələri yazılıb.

Masonluğa giriş ayinində şəxsin üzərində paltarların yalnız bir qismi olur. Namizədin üzərindəki metal əşyalar, silahlar alındıqdan sonra paltarların bir hissəsi çıxarılır. Ayin zamanı sol qol və sol sinə, sol diz ayaq və sol diz çılpaq, sol ayaq yalın olmalıdır.

Sol sinənin açıq saxlanması səmimiyyət və düz sözlülüyün işarəti olaraq qəbul edilir. Sol ayağın açıq qalması isə təvazökarlıq işarətidir. Namizədin boynuna qalın bir ip salınır, gözü isə bağlanır. Bu bağ namizəd nura qovuşduqca açılır.

Mason olmağa hazırlaşan şəxsə 3 sual verilir: "Vətənə qarşı vəzifən nədir?” "Özünə  qarşı vəzifən nədir?”, "Həmcinslərinə qarşı vəzifən nədir?”

Masonluğa qəbul edilmək istəyən şəxs öncəki həyatına vida etməlidir. Buna görə də onun vəsiyyətnamə yazması tələb edilir. Bu bir fəlsəfi vəsiyyətnamədir. Namizəd dünya görüşünü, həyatdakı məqsədlərini anladır, and içir. Anddan sonra vəsiyyətnamə yandırılır. Burada kağız torpağı, mürəkkəb suyu, yüksək səslə oxuma havanı, yanma odu təmsil edir.

Mason dərəcəsi yüksəldikcə hər dəfə and içir. Ancaq bu andların ən önəmlisi onun ilk mərhələdə içdiyi anddır. Mason andında öncə Kainatın Ulu Memarı anılır, sonra şəxs masonik gələnəklərin açıqlanmayacağına söz verir, sonda isə verilən cəzanın qəbul ediləcəyinə and içir.

Vaşinqtondakı ünlü mason lojasına türk əsilli şəxsin başçı seçilməsi Türkiyədəki mason lojaları ilə  bağlı məsələləri yenidən gündəmə gətirib. Türkiyədə masonluğun tarixinin 18-ci yüzilə getdiyi bildirilir. Bu dönəmlərdə Osmanlı torpaqlarında xeyli sayda ingilis, fransız, alman, italyan, isveç, irlandiya mason lojaları varmış. Yaranarkən üzvləri yalnız xaricilər olan mason lojaları zaman keçdikcə türkləri də qəbul etməyə başlayıb. Daha sonra isə mason türklər öz müstəqil lojalarının yaradıblar.

1935-ci ildə Türk Masonları Türkiyə Böyük Millət Məclisində antimason hərəkətlərə görə "yuxuya dalma” qərarı alıblar. "Yuxuya dalma” dönəmində masonlar yalnız rəsmi işlərinə ara vermişdilər, ancaq onlar öz aralarından toplanmağa davam etmişdilər. 1948-ci ildə isə bu dönəm başa çatdı və masonlar yenidən lojalar qurmağa başladılar.

Bu gün də Türkiyədə mason lojalara qanunlara uyğun fəaliyyət göstərməkdədirlər. Rəsmi qeydiyyatdan keçən Hürr və Qəbul Edilmiş Masonlar Böyük Lojasının 14.500 üzvü var. Qurum Türkiyənin ən böyük lojası sayılır. Bundan başqa, ölkədə Türkiyə Böyük Lojası, 6800 üzvü olan Azad Masonlar Böyük Lojası və qurumun qadın qolu kimi fəaliyyət göstərən 700-ə qədər üzvü olan Qadın Mason Böyük Lojası düzənli fəaliyyət göstərən mason lojalarıdır. Türkiyə tarixində bir sıra dövlət və hökumət adamlarının, eləcə də məşhur fikir adamlarının, yazar və şairlərin mason olduğu haqqında versiyalar var. Ancaq masonlar gizli missiya daşıdıqları və özlərinin cəmiyyətə təqdim etmədikləri üçün konkret şəxslərin mason lojasına mənsub olmaları ilə bağlı fikirlər hər zaman ciddi mübahisə və müzakirə predmetinə çevrilir.

Category: Mənəviyyat | Views: 535 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 14:51
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012