Teksas polisi yolda saxladığı qadın sürücülərin alt paltarından narkotik axtarıb
Amerikanın Teksas əyalətində Anqel Dobbsun avtomobildən yola siqaret kötüyü atması bu qadının və yanında olan qohumunun başına xoşa gəlməz işlər gəlməsi ilə nəticələnib. Məlumata görə, reyd keçirən yol polisi Kelli Helson avtomobili saxlayaraq Anqel Dobbs və yaxın qohumu Eşli Dobbs üzərində narkotik axtarışı edib.
Qeyd edək ki, əlcək geyinən Helson küçədə qadınların alt paltarlarını da yoxlayıb və hər iki qadın üçün eyni əlcəkdən istifadə edib. Baş verənlər isə polis avtomobilində olan kamera tərəfindən qeydə alınıb və bu video-çarx daha sonra video paylaşımı saytlarına düşüb.
Qadınlar məhkəmə iddiası qaldırılması məqsədilə polis Kelli Helsondan şikayətçi olublar. Axtarışın qeyri-qanuni şəkildə həyata keçirildiyini deyən qadınlar yoldan keçən sürücülərin qarşısında ləyaqətlərinin alçaldıldığını, bunun bağışlanmaz bir hərəkət olduğunu vurğulayıblar.