Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 30 » Adambaşına düşən neft gəlirlərimiz nə qədərdir? - EKSPERT HESABLAMASI
13:38
Adambaşına düşən neft gəlirlərimiz nə qədərdir? - EKSPERT HESABLAMASI
Dövlət Neft Fondunun ( ARDNF) aktivləri artmaqda davam edir. Baxmayaraq ki, fonddan xərcləmələr də çox böyük templə artır.
      
ARDNF-a istinadən verilən məlumata görə, cari il dekabrın 1-nə fondun aktivləri 33 mlrd 895 mln dollar  təşkil edib. Xatırladaq ki, 2012-ci il 1oktyabr tarixinə fondun aktivləri 33 mlrd 192,4 mln dollar idi.  Bu hesabla, 2 ay müddətində fondun aktivləri 2,1% və ya 702,6 mln dollar dəyərində artıb. 

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyir ki,  IV rübün ilk iki ayı ərzində Neft Fondunun aktivləri orta hesabla hər gün üçün 11,52 mln dollar irəliləyiş edib. Onun sözlərinə görə, Neft Fondunun aktivlərinin artımı  Dövlət Statistika Komitəsinin göstərdiyi əhali sayına (9 mln 235 min nəfər) adambaşı hesabı ilə düşən nisbəti cəmi 1,24 dollar təşkil edir.
  
Neft Fondunun kapitalının demək olar ki, 95%-nin formalaşdırılmasını təşkil edən mənfəət neftinin adambaşına düşən nisbətinə gəlincə, İ.Şaban deyir ki, III rübün hesabatına görə, quruma  daxil olan gəlirlərin 9 mlrd 625,7 mln manatı neft və qaz sazışlərinin həyata keçirilməsinin (qaz çox cüzi hissəni təşkil etdiyindən faktiki  olaraq buna neft gəlirləri kimi baxaq olar) payına düşüb. Yəni gündəlik olaraq Neft Fondunda nefdən gələn gəlirlər adambaşına 3,81 AZN və ya 4,87 dollar təşkil edir.        
 
İ.Şaban deyir ki, son 5 ildə Azərbaycan hökuməti Neft Fondundan 35 mlrd 372 mln 583,2 min (hazırkı kursla 45 mlrd dollardan çox) dəyərində vəsait xərcləyib: "Norveçin Neft Fondunun aktivləri cari ildə 600 mlrd dollar həddi keçib. Bu ölkənin əhalisi 1 yanvar 2012-ci il tarixinə cəmi 4 mln 986 min nəfər olub. Bu minvalla hər Norveç vətəndaşına orta hesabla Neft Fondundaki aktivdən 120 min 336 dollar düşə bilər. Azərbaycanda isə 1 dekabr tarixi ilə hesablasaq, hər vətəndaşın  "aktivində" cəmi 3 min 670 dollar neft sərvəti var. Yəni Norveçdən 32,8 dəfə az.  Və yaxud, Küveytin əhalisi 3 mln nəfərə çatmasa da onun neftdən əldə etdiyi gəlir son iki ildə stabil olaraq 86-90 mlrd dollar arasında dəyişir. 1 yanvar 2012-ci il tarixinə Birləşmiş Ərəb Əmirliklərində 7,316 mln faktiki insan yaşasa da, onlardan yalnız 947 min 997-nin vətəndaşlıq hüququ olub. BƏƏ gündəlik 2,39 mln barel neft ixrac etsə də ($90 mlrd-dan çox gəlir), neft onun iqtisadiyyatında önəmli yer tutmur (ÜDM-in 25%-i, ixracatın 40%).Bu baxımdan da, Azərbaycanda əhalinin həyat səviyyəsinin yüksək standartlar səviyyəsinə çatırılması üçün neft gəlirlərinə ümid bağlamaq heç də düzgün deyil”.
Category: Araşdırma | Views: 851 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Saturday, 27.04.2024, 13:37
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012