Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 24 » Ağ Evdə "erməni cəfakeşi": Con Kerri "ümidlər"i doğruldacaqmı?
16:16
Ağ Evdə "erməni cəfakeşi": Con Kerri "ümidlər"i doğruldacaqmı?

Son günlər Azərbaycan mətbuatında gündəmi zəbt edən əsas məsələlərdən biri də ABŞ Senatı xarici əlaqələr komitəsinin sədri Con Kerrinin dövlət katibi seçilmə ehtimalıdır. Artıq ABŞ prezidenti Barak Obama Con Kerrinin bu posta namizədliyini irəli sürüb. Senatın təsdiqindən sonra o, ABŞ-ın xarici siyasət idarəsinə rəhbərlik edəcək. 

Senatorun dövlət katibi vəzifəsinə təsdiq ediləyəcəyi də şübhə doğurmur. Narahatlıq doğuran əsas məsələ isə Con Kerrinin "erməni” olmasıdır. Con Kerri nədən  nədən "erməni” adlandırılır?

Con Kerrini ermənilərin adamı edən birinci addımı Azadlığı Müdafiə Aktı adlı bədnam 907-ci düzəlişin qəbuluna ciddi dəstəyi idi. Düzəliş ilk dəfə 1992-ci ildə Azərbaycan tərəfindən Dağlıq Qarabağın "işğalı" və Ermənistana qarşı blokadasını dayandırmaq məqsədilə senator Con Makkeyn tərəfindən təklif edilib. Ancaq naməlum səbəblərə görə geri qaytarılıb. Bundan sonra isə senator Con Kerri və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqresmen Ueyn Ouens (Yuta ştatı) tərəfindən Konqresdə irəli sürülüb. 

Senator Riçard Luqarın (İndiana ştatı) düzəlişin leyhinə çıxması da onun qəbulunun qarşısını almağa kifayət etməyib. Düzəlişdə deyilir ki, prezident Azərbaycan hökümətinin Ermənistana və Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqinin aradan qaldırılması üçün atacağı addımları müəyyən etməsə və bu haqda Konqresə məruzə etməsə, Azərbaycan hökümətinə ABŞ tərəfindən bu və ya digər qanunlarla nəzərdə tutulmuş yardım göstərilə bilməz. Akta əsasən, Azərbaycan Ermənistan və Dağlıq Qarabağla sərhəddi açmayana qədər bu düzəliş qüvvədə olmalıdır.

11 sentyabr 2001-ci ildəki hadisələrdən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə, ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib.

2004-cü ildə Demokratlar Partiyasının prezidentliyə namizədi olan Con Kerri seçiləcəyi halda qondarma "erməni soyqırımı"nı tanıyacağına söz verdi. İnanmaq çətindir ki, o, məhz prezident seçilmək üçün belə bir vəd vermişdi. Onun "erməni soyqırımı” ifadəsini işlədəcəyi daha inandırıcı idi. Prezident seçkisində məğlubiyyətindən sonra C.Kerri müvəqqəti olaraq kölgəyə çəkildi. Sonralar aktivləşən Con Kerri Corc Buşun ən şiddətli tənqidçilərindən biri olub. 

Ənənəvi olaraq C.Kerri, öz seçki kampaniyalarının maliyyələşdirilməsi məsələlərində heç bir çətinliklə üzləşmir, xüsusən də onun həyat yoldaşı çoxmilyardlı varidatın sahibi olduğu üçün belə məsələlərdə elə bir çətinlik hiss etmir. Con Kerrinin çox gözəl bioqrafiyası vardır. Belə ki, o, Vyetnam müharibəsinin veteranı və sülh uğrunda uzun müddətdən bəri vuruşan bir mübarizdir. ABŞ-ın yaxın tarixində məğlub olmuş siyasətçinin sonrakı seçkilərdə qalib olması praktikası ilə bağlı müvəffəqiyyətli revanş halları olmuşdur. 2009-cu ildə Senatın beynəlxalq məsələlər komitəsinin sədri vəzifəsinə təyin olunması, indi isə dövlət katibi postuna mümkün təyinatı bunun təsdiqi ola bilər.
 
2005-ci il aprel ayının 23-də ABŞ-ın 32 senatoru və 175 konqresmeni C.Buşdan aprelin 24-də "erməni soyqırımı"nın tanımasını tələb etmişdilər. Həmin senatorlardan biri də son prezident seçkilərində yarışı uduzmuş Con Kerri idi.
 
2008-ci il sentyabrın 26-da ABŞ senatorları Robert Menendez və Con Kerri ABŞ-ın Türkiyədəki gələcək səfiri Ceyms Ceffridən qondarma "erməni soyqırımı"nı tanımağı tələb etmişdilər. Qeyd edək ki, bu senatorlar həmin vaxt ABŞ Konqresinin xarici məsələlər üzrə senat komissiyasının üzvləri idilər və veto hüququna malikydilər. ABŞ Konstitusiyasına görə, prezidentin ABŞ-ın istənilən ölkəsində səfirliyinə namizəd kimi irəli sürdüyü şəxs komissiyadan keçməli, daha sonra isə Senatda təsdiqlənməlidir. 

Xatırladaq ki, Robert Menendez veto hüququnu Riçard Hoqlandın ABŞ-ın Ermənistandakı səfirliyinə namizədliyinin əleyhinə istifadə etmişdi. Buna səbəb isə Riçard Hoqlandın qondarma "erməni soyqırımı”nı qəbul etməməsi idi.

Senatın beynəlxalq məsələlər komitəsinin sədri vəzifəsində olduğu illər ərzində Con Kerri qondarma "erməni soyqırımı”nın qəbulu istiqamətində bir çox qərarların ortaya çıxmasında mühüm rol oynayıb. Con Kerri Senatın beynəlxalq məsələlər komitəsinin üzvü olanda Türkiyəyə səfir göndərilməsi nəzərdə tutulan Fransis Rikkiardonenin təyinatının qarşısını alıb.

Bu il sentyabrın 5-də isə Con Kerri Azərbaycan Prezidentinin 2004-cü ildə Budapeştdə erməni zabitini öldürmüş leytenant Ramil Səfərovu azad etməsini pisləmişdi: "Mən Azərbaycanın Ramil Səfərovun azad edilməsinin nəinki alqışlamasından, hətta onun əfv olunmasından və qəhrəmana çevrilməsindən şoka düşmüşəm. Bu təxribat aktı iki ölkə arasında kövrək sülhü təhlükə altına alır və Azərbaycan hökumətinə inamı pozur”.

Con Kerrinin ermənipərəst olmasını sübut edən daha bir məqam onun dövlət katibi postuna namizədliyinin irəli sürülməsi xəbərinə ermənilərin sevinməsidir. Ermənilər fəxrlə söyləyirlər ki, Con Kerri 30 ilə yaxındır ki, ABŞ-ın xarici siyasətində Amerika ermənilərinin maraqlarını prioritet kimi müdafiə edir. 

Amerika Erməni Milli Komitəsi (ANCA) tərəfindən yayılan bəyanatda vurğulanır ki, Con Kerri "erməni soyqırımı"nın Amerika tərəfindən tanınmasında Türkiyənin təzyiqlərindən xilas olmasına və ABŞ-Ermənistan münasibətlərinin genişlənməsinə, Dağlıq Qarabağın təhlükəsizliyini təmin edən azadlığa söykənən həll variantına kömək edəcək.
  
Ermənilər üçün daha bir sevindirici xəbər isə Con Kerrinin yerinə senator Robert Menendesin təyin olunmasının gözlənilməsidir. Yuxarıda isə Con Kerri və Robert Menendesin ermənilərə xidmət xarakteri daşıyan addımlarından danışdıq. Əlavə edək ki, Robert Menendesin ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın namizədliyinin Senatdan keçməməsində də müstəsina xidmətləri olub. Məlumdur ki, Metyu Brayza da qondarma "erməni soyqırımı" iddialarına erməniləri təmin edən mövqe sərgiləməyib. Ancaq erməni dəstək qrupunun fəal üzvlərindən biri Con Kerri isə Robert Menendesdən fərqli olaraq, Metyu Brayzanın Azərbaycana səfir təyinatını dəstəkləyib.

Qeyd edək ki, səlahiyyətləri başa çatmaqda olan dövlət katibi Hillari Klinton da senator olarkən ermənilərin müdafiəçilərindən biri kimi çıxış edirdi. Ancaq o, Con Kerri kimi açıq-aşkar ermənipərəst hesab olunmurdu.
 
Bununla belə, Hillari Klintonun dövlət katibi vəzifəsini tutması Ermənistanın ABŞ-ın Cənubi Qafqaz siyasətində önə çıxması ilə nəticələndi. Məhz onun səyləri nəticəsində Türkiyə-Ermənistan sərhədlərinin Dağlıq Qarabağ münaqişəsinin həll olunması şərtindən kənar açılması Vaşinqtonun regiondakı əsas prioritetinə çevrildi və Sürix protokolları deyilən bir sənəd ortaya çıxdı. Nəticədə ABŞ-la Azərbaycan arasında münasibətlər ciddi ölçülərdə soyudu.

Doğrudur, Ermənistan-Türkiyə sərhədlərinin açılması layihəsi baş tutmadı. Ancaq Hillari Klinton regiona bütün səfərlərində, habelə Türkiyə ilə təmaslarda bu məsələni daim diqqətdə saxlayıb. Hillari Klintonun yerini daha ermənipərəst, hətta ermənilərin özü qədər "erməni” olan Con Kerrinin tutması Azərbaycan üçün nələr vəd edəcəyini zaman göstərəcək.

Amma nəzərə alaq ki, dövlət katibi olmaq ilə Senatın beynəlxalq əlaqələr komitəsinin sədri olmaq arasında kifayət qədər fərqlər var. Dövlət katibi hər nə qədər "erməni” olsa da, ABŞ-ın ermənilərin maraqları ilə uyuşmayan dövlət maraqları var. ABŞ-ın dövlət maraqları isə ermənilərin xəyallarına qurban verilə bilməz. Bunu "erməni” Con Kerri də gözəl bilir. Hər halda, Con Kerri Azərbaycan və Türkiyə ilə Ermənistanin strateji vaciblik fərqini müqayisə edə bilməyəcək qədər savadsız deyil.

Category: Müsahibə | Views: 813 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 21.11.2024, 17:41
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012