Main » 2012 » December » 27 » “Allahın buyurduğunu yerinə yetirməklə məşğul olacağıq”
15:29 “Allahın buyurduğunu yerinə yetirməklə məşğul olacağıq” |
6 dekabr sərəncamı ilə əfv olunan ilahiyyatçı Azər Cəbiyev açıqlama verib. O, adının əfv sərəncamına düşməsinin onun üçün gözlənilməz olduğunu deyib: "Çünki heç bir əfv ərizəsi yazmamışdım. Bu gün səhər cəzaçəkmə müəssisəsindən buraxıldım və hazırda yaxın qohumlarla Gəncəyə, evə gedirəm”.
İlahiyyatçı cinayətkar olmadığını, elə bu səbəbdən prezident sərəncamına əslində onun əfv olunması kimi baxmadığını bildirib: "Sadəcə, bunu bizi buraxmaq kimi qiymətləndirirəm. Bu yolda bizə kömək edən hər kəsə öz təşəkkürümüzü bildiririk. Allah hər kəsin zəhmətini yüksək qiymətləndirsin”.
Azər Cəbiyev həm öz adının, həm də digər məhbus dindarların adlarının Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin siyahısına düşməsində vəkili Elçin Namazovun, xüsusilə hüquq müdafiəçisi Leyla Yunusun böyük zəhməti olduğunu vurğulayıb: "Eşitdik ki, hüquq müdafiəçiləri bizim adımızı həm siyasi məhbuslar siyahısına, həm də əfv sərəncamına düşmək üçün göndəriblər, hər kəsə öz təşəkkürümü bildirirəm”.
Sonrakı fəaliyyətinə gəlincə, Azər Cəbiyev qeyd edib ki, Allahın buyurduğu yolu davam etdirəcək: "Biz Allahın buyurduğunu yerinə yetirməklə məşğul olacağıq, bizim hər vaxt üçün fəaliyyətimiz bundan ibarətdir”.
Azər Cəbiyev 2011-ci ildə həbs olunmuşdu. Birinci məhkəmə instansiyası dindara 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsmiş, apellyasiya instansiyası cəzanı 2 il 6 aya endirmişdi. Ruhani Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) təqsirli bilinmişdi. O, Bakıdakı 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanırdı.
|
Category: XƏBƏRLƏR |
Views: 404 |
Added by: Seymur86
| Rating: 0.0/0 |
|
|
Login |
|
|
|
Axtarış |
|
|
|
Təqvim |
|
|
|
Dostlar |
|
|
|
Kateqoriyalar |
|
|
|