Xebername.az İnternet qəzeti Cihan xəbər agentliyinə istinadən xəbər verir ki, Almaniyanın tanınmış qəzetlərindən olab Süddeutsche Zeitung (SZ), dünya dinləri ilə əlaqədar olaraq yayımladığı xəritədə Türkiyəni qıcıqlandırıb. Belə ki, Türkiyə "xəritədə xalqının əksəriyyəti Xristian ölkələr" arasında göstərilib.
Xəritədə xalqının əksəriyyəti Müsəlman olan ölkələr yaşıl rənglə, Xristianlar qırmızı rənglə və digər inanclar daha fərqli rənglərə boyanıb. Türkiyə yaşıl yox, qırmızı rənglə götərilib.
Qeyd edək ki, Almaniyanın Münhen şəhərində yerləşən Münhen Türk Şurası təşkilatı "SZ" kimi bir qəzetin belə bir səhv etdiyini çaşqınlıqla qarşıladığını və səhvin aradan qaldırılması lazım olduğunu bildirib. Türkiyə rəsmiləri isə hələki hadisə ilə bağlı reaksiya verməyib.
|