Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 25 » Alt paltarında qonşusuna narkotik aparan yaxalandı-FOTOLAR
16:31
Alt paltarında qonşusuna narkotik aparan yaxalandı-FOTOLAR

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustandakı həbsxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həbsxanada cəza çəkən Bəxtiyar Məmmədovun yanına qısa müddətli görüşə gələn dayısı oğlu Samir Əhmədovun gətirdiyi sovqata baxış keçirilib. 

Bu zaman plastmas qabda olan yeməyin içərisindəki ət tikələrinin arasında xüsusi üsulla yerləşdirilən 3 ədəd "Nokia” markalı mobil telefonlar və bir ədəd Simkart aşkar edilərək götürülüb.

B. Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 177.3.2, 177.3.3, 234.1, 66.3, 93.1.4-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. 

Həyata keçirilən digər əməliyyat tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Pərviz Əhmədovun yanına qısa müddətli görüşə gələn qonşusu Eldəniz Dadaşovun üzərinə baxış keçirilib. 

Baxış zamanı alt paltarında gizlətdiyi 2 ədəd sellofana bükülən narkotik maddə olan - 5,543 qram çəkidə heroin aşkar edilərək götürülüb. P. Əhmədov Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.
Category: XƏBƏRLƏR | Views: 395 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 18:43
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012