Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 29 » Altı kişi tərəfindən zorlanan tələbə qız öldü
09:13
Altı kişi tərəfindən zorlanan tələbə qız öldü

Amanat şərti adı ilə təqdim olunan 23 yaşlı qız Sinqapur xəstəxanasında dünyasını dəyişib

Bu ayın ortalarında zorlanan hindistanlı tələbə Sinqapur xəstəxanasında dünyasını dəyişib. Onun zorlanması Hindistanın bir çox şəhərlərində kütləvi etiraz aksiyalarına səbəb olmuşdu. Məlumata görə, xəbəri "Frans Press” yayıb.


Hinidstan KİV-inin Amanat şərti adı ilə təqdim etdiyi 23 yaşlı qız Nyu-Dehli şəhərində avtobusda altı sərxoş kişi tərəfindən zorlanmış və döyülmüşdü. Bu hadisə Hindistanda kütləvi etiraz aksiyalarına səbəb oldu. İnsanlar yalnız hadisəni törədənlərin edam edilməsini yox, həm də qadınlara qarşı zorakılıqla mübarizə tədbirlərinin görülməsini tələb edirdi.

Cümə axşamı Amanatın vəziyyəti pisləşib. Qızı təyyarə ilə Hindistandan müalicə üçün Sinqapura aparıblar. Tələbə üzərində üç dəfə əməliyyat aparılıb, qanqrena təhlükəsi ilə əlaqədar bağırsağının bir hissəsi kəsilib. O, son günlərini süni nəfəs aparatına qoşulu vəziyyətdə keçirib.

Qeyd edək ki, Hindistan hökuməti səs-küyülü cinayətin araşdırılması üçün xüsusi komissiya yaradıb və şəhərlərdə təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini vəd edib. Hadisəni törədənlərin altısı da saxlanılıb, insidentin baş verdiyi rayonda növbə çəkən polis əməkdaşları işdən çıxarılıblar. Qızı zorlayanların məhkəməsi yanvarın 3-də başlamalıdır.
Category: Faciə | Views: 402 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 21:39
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012