Bu barədə Amerika KİV-ləri Demokratik Partiyadan qaynağa istinadən yayıblar FaktXeber.com-un verdiyi məlumata görə, ABŞ prezidenti yeni dövlət katibi kimi senator Con Kerrini təyin edəcək. Bu barədə Amerika KİV-ləri Demokratik Partiyadan qaynağa istinadən yayıblar. Hələ ki, Ağ Ev informasiya barədə şərh verməyib. Xatırladaq ki, cümə axşamı ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Syuzan Rays dövlət katibliyinə namizədliyini geri götürmüşdü. Uzun illər məhz o, Hillari Klintonun varisi hesab olunurdu. Rays prezidentə məktubunda bildirmişdi ki, onun bu vəzifəyə keçməsi bir sıra çətinliklərə və fikir ayrılıqlarına səbəb ola bilər. Qeyd edək ki, o, Liviyada ABŞ səfirliyinə hücumla əlaqədar şərhinə görə, respublikaçılar tərəfindən sərt tənqid olunmuşdu. O zaman Rays faciənin səbəbi kimi «Müsəlmanların məsumluğu» filmini göstərmişdi. Respublikaçılar hesab ediblər ki, Rays Benqazi hadisəsini «təbii fəlakət» adlandırmaqla ictimai fikri yanlış yönə yönəldib, yəni belə çıxıb ki, heç nə faciənin qarşısını ala bilməzdi.
|