Armavirdəki radiolokasiya stansiyası gələn ilin əvvəllərindən döyüş növbəsinə başlayacaq.
Rusiya KİV-lərinin məlumatlarına görə, Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Armavir RLS cənub strateji istiqamətində hava və kosmik məkanı nəzarətdə saxlayacaq. Qeyd edək ki, RLS raket hücumundan xəbərdarlıq sisteminin əsas elementi sayılır.
Xatırladırıq ki, Rusiya dekabrın 10-da Qəbələ RLS-in istismarını dayandırdığını bəyan etmişdi.
|