Türkiyədə doğma qızına təzavüz edən "ata" bu gün məhkəmə qarşısına çıxarılıb. Azeri-Xeber.ucoz.com Türkiyə mediasına istinadən xəbər verir ki, 22 yaşlı N.K. bir neçə il atasının təcavüzünə məruz qaldığını anası ilə bölüşüb. O bildirib ki, atası ilə cinsi münasibətdə olduqdan sonra hamilə qalıb. Ancaq atası onun razılığını almadan iynə vuraraq bətnindəki uşağı salıb.
Hadisənin eşidən ana şoka düşüb və polisə müraciət edib. Polis qızına təcavüz etməkdə ittiham edilən Mustafa K.-nı həbs edib. Məhkəmə Mustafa K.-nı "cinsi istismara" görə 28 il 1 ay 15 gün azadlıqdan məhrum edib.
Bu gün 28 il azadlıqdan məhrum edilən təcavüzkar "ata" yenidən məhkəmə qarşısına çıxarılıb. O, bu dəfə qızının razılığı olmadan bətnindəki uşağı öldürməkdə ittiham edilir.
Ancaq hakim məhkəməni sübutların toplanması və ətraflı araşdırma aparılması məqsədilə təxirə salıb. Faktla bağlı araşdırma aparılır.
|