"Status-kvo vəziyyətinin davam etməsi yolverilməzdir”
Avropa Birliyi-Azərbaycan Əməkdaşlıq Şurasının Brüsseldə keçirilən 13-cü iclasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunub. ANS PRESS-in APA-ya istinadən verdiyi məlumata görə, iclasın gedişində Avropa Birliyi bir daha təsdiqləyib ki, status-kvo vəziyyətinin davam etməsi yolverilməzdir və münaqişənin nizamlanması AB üçün əsas prioritet olaraq qalır. Hər iki tərəf ATƏT-in Minsk qrupunun səylərinə dəstək verdiklərini ifadə ediblər.![](http://www.anspress.com/images/photos/8251.jpg) AB nümayəndələri münaqişənin həllinə dair etimad mühitinin formalaşdırılmasında Avropa Birliyinin dəstəkverici rolunu qeyd edib, həmçinin qoşunların təmas xəttində atəşkəs rejiminin pozulmasından narahatlıq ifadə ediblər: "Avropa Birliyi stabilliyin qorunması üçün tərəfləri gərginliyin artmasına gətirib çıxara biləcək aqressiv, hərbi xarakterli bəyanatlar verməkdən və addımlar atmaqdan çəkinməyə çağırır”.
|