Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 28 » “Avropa Şurasının Dağlıq Qarbağ problemini mürəkkəb münaqişə kimi qələmə veməsi düzgün deyil"
13:47
“Avropa Şurasının Dağlıq Qarbağ problemini mürəkkəb münaqişə kimi qələmə veməsi düzgün deyil"

18px16px14px12px

Dünən Şamaxının millət vəkili, AVRONEST Parlament Assambleyasında Azərbaycan Nümayəndə Heyətinin Rəhbəri, Avropa Şurası Parlament Assambleyasının üzvü, Elxan Süleymanov 2012-ci ilin yekunları ilə bağlı Şamaxıdakı qərərgahında mətbuat konfransı keçirib. 

Publika.Az xəbər verir ki, konfransda yerli və paytaxt jurnalistlər iştirak ediblər.

E.Süleymanov tədbirdə ilk öncə AVRONEST Parlament Assambleyasındakı fəaliyyəti haqda məlumat verib. Qeyd edib ki, AVRONEST-in bu il Bakıda keçirilən ikinci sessiyasında təşkilatın fəaliyyəti baxımında xüsusi ilə əlamətdar olub: 

"Bu sessiyda ilk sessiyadan fərqli olaraq AVRONEST-in ilk qətnaməsi və komitə iclaslarının qəraraları qəbul edildi.  Əgər AVRONEST-in Bakı sessiyası uğursuzluğa düçar olsaydı, qətnamələr qəbul edilməsəydi, belə bir qrumun yaşaması sual altına düşə bilərdi”.

O bildirib ki, beynəlxalq təşkilatlar, o cümlədən Avropa qrumlarında Azərbaycana qarşı çox böyük ayrı-seçkilik və ikili standartlar mövcuddur: 

"Avropa Şurası Dağlıq Qarbağ problemini mürəkkəb münaqişə kimi qələmə verir. Bu isə düzgün deyil. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi münaqişə deyil. Bu artıq müharibədir, yəni Azərbaycan torpaqlarının hərbi yolla işğal edilməsidir”. 

Onun fikrincə, Avropa Parlamenti kimi nüfuzlu bir qrum Dağlıq Qarbağ məsələsini həll etmək əvəzinə, problemin həllini təcavüzkarla təcavüzə məruz qalanın öz üzrəinə atır və bununla da işini bitmiş hesab edir.  

Millət vəkili deyib ki, dünyanın bütün təşkilatları ermənilərə lobbiçilik edir. "Bunun da kökündə din ayrı-seçkiliyi dayanır”, deyə o əlavə edib.  

E.Süleymanovun sözlərinə görə, AŞ siyasi məhbus məsələsindən təsir vasitəsi kimi istifadə edir: 

"Halbuki, AŞ-ın ümumiyyətlə, siyasi məhbuslarla bağlı meyarları yoxdur. Həm də ki, siyasi məhbus məsələsi ancaq Azərbaycana şamil olunur. Bunun da başlıca səbəbləri isə din ayrılığı ilə yanaşı, Azərbaycanın inkişafına olan qısqanclıqdır”.  

O bildirib ki, bu yaxınlarda Avropa Monitorinq Komtəsinin qətnaməsi layihəsi qəbul edildi. Və mən bu qətnamə layihəsəinə iki düzəliş etdirdim. Bu düzəlişlərdən bir odur ki, ilk dəfə olaraq rəsmi qərarlara "Azərbaycan torpaqlarının hərbi işğalı” sözləri əlavə edildi. İkinci təklif etdiyim düzəliş isə həmmərizəçilərin etraz aksiyları barəsində dedikləri ilə bağlı idi. Belə ki, həmməruzəçilər Azərbaycanda hakimiyyətin etiraz aksiyalarını qadğan etdiyini qeyd etmişdilər.Mən düzəliş etdirdim ki, hakimiyyətlə təşkilatar arasında kompromis tapılsın”.  

E.Süleymanov konfransda bu il ərzində Şamaxıda mövcud probelmlər və onların həlli sitqamətində gördüyü işlər haqqında da danışıb.

Category: XƏBƏRLƏR | Views: 405 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 07:07
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012