Hadisə şahidlərinin bildirdiyinə görə, Buzovnadan şəhərin mərkəzinə sərnişin daşıyan 171 saylı avtobusda sərnişinlərdən biri yıxılıb. Avtobus yolun kənarında dayanıb, 25-30 yaşlı həmin şəxs aşağı endirilib. Avtobusda olan həkim qadın yıxılan oğlanı dərhal müayinə edib. Məlum olub ki, o acdır və halsızlıqdan yıxılıb.
Sərnişinlərdən biri özünü pis hiss edən gənci taksi ilə aparıb.