[B]Azərbaycanın hərbi mühəndisləri tərəfindən BRDM maşının bazasında yeni kəşfiyyat maşını yaradılıb.[/B]
Bu barədə Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov bildirib.
Nazirin sözlərinə görə, bu maşın 23 mm-lik top, iki ədəd 7.62 mm çaplı pulemyot, AQ-17 qumbaraatan, tüstü buraxıcı qurğu, həmçinin zəruri kəşfiyyat vasitələri ilə təchiz olunub.
Y. Camalov əlavə edib ki, bu maşın vasitəsilə ordunun kəşfiyyat imkanları yüksələcək. Eyni zamanda düşmənin həm yerüstü, həm də hava hədəflərini məhv etmək olar.
Y. Camalov MSN-in müəssisələrində MT LB tipli maşının üzərində 15 lüləli reaktiv atəş sisteminin yaradıldığını da bildirib. Bu sistem düşmənin canlı qüvvəsi, sığınacaqları və hərbi texnikasını məhv etmək üçün nəzərdə tutulur. Bu maşının silahlanmasında həmçinin 57 mm-lik raketlərdən istifadə olunur.
MSN tərəfindən «Gürzə» adlı yeni post-patrul maşını da yaradılıb. Bu maşın 2 ədəd 7.62 mm-lik və 1 ədəd 12.7 mm-lik pulemyotla silahlandırılıb. Maşın güc strukturları üçün nəzərdə tutulur.
|