Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 30 » Azərbaycan mətbuatına ağır zərbə; 2 qəzet və 1 sayt fəaliyyətin dayandırdı-EKSKÜLİZİV
13:48
Azərbaycan mətbuatına ağır zərbə; 2 qəzet və 1 sayt fəaliyyətin dayandırdı-EKSKÜLİZİV
загруженноеBu media orqanlarının rəhbərləri əsas səbəb kimi maddi problemləri göstərirlər
Son günlər Azərbaycanda bir neçə qəzet və sayt öz fəaliyyətini dayandırıb. Bunların arasında keçmiş millət vəkili Gülər Əhmədovanın təsisçisi və baş redaktoru olduğu «Mərkəz» qəzeti də var. Üstəlik sabiq millət vəkilinin rəhbərlik etdiyi "Merkez.az” saytı da artıq fəaliyyətsizdir. Hazırda gün ərzində bu saytda xəbərlər maksimum 5-6 dəfə yenilənir.
«Mərkəz» qəzetinin redaktoru Coşqun Calaloğlu "Həftə içi”nə açıqlamasında təmsil etdiyi mətbu orqanın bir həftə əvvəl fəaliyyətini dayandırdığını bildirib. Onun sözlərinə görə, qəzetin kollektivi təxminən 2 ay mətbu nəşrin bazardan çıxmamasına çalışsa da, buna nail ola bilməyib: «Bizim qəzet sırf maddi problemlər səbəbindən fəaliyyətini dayandırıb. Amma güman edirik ki, yaxın gələcəkdə qəzet fəaliyyətini yenidən bərpa edə bilər».
«Merkez.az» saytının taleyinə gəlincə, Coşqun Calaloğlu sözügedən sayta cavabdeh olmadığını deyib. Saytının səhifəsində adı redaktor kimi qeyd olunan Mahir Məmmədli isə «Həftə içi»nə açıqlamasında xeyli müddətdir ki, "Merkez.az”dan uzaqlaşdığını bildirib. Onun sözlərinə görə, sayt gün ərzində bir-iki dəfə yenilənsə də, bu işin kimin tərəfindən icra edildiyi barədə məlumatsızdır: «Mən həmin saytdan xeyli müddətdir ki, ayrılmışam. Səhv etmirəmsə, gündə 4-5 yeni xəbər qoyulur. Amma yenilənmənin kimin tərəfindən aparıldığı barədə heç bir məlumatım yoxdur».
Xatırladaq ki, fəaliyyəti dayandırılan media orqanları sırasına «Paritet” qəzeti də əlavə olunub. Belə ki, 1999-cu ilin avqustunda yaradılan «Paritet”qəzetinin bu həftə son nömrələri işıq üzü görəcək. Qəzetin baş redaktoru Cəmaləddin Quliyev «Həftə içi»nə açıqlamasında deyib ki, bu media orqanının fəaliyyətinin dayandırılması qəzetin təsisçisinin qərarıdır: «Bu qərarı dekabrın 19-da təsisçi qəbul edib və biz buna hörmətlə yanaşırıq. Bizə xəbərdarlıq olunub. Xəbərdarlığa uyğun olaraq biz öz qərarlarımızı müəyyənləşdiririk”.
O ki, qaldı qəzetin fəaliyyətinin hansı səbəbdən dayandırılmasına, baş redaktor bunu sırf texniki-maddi problemlərlə əlaqələndirir: "Nə qədər davam edəcək, bilmirəm, amma qəzet fəaliyyətini dayandırır».
Baş redaktor vurğulayıb ki, bu həftə qəzetin sonuncu sayları işıq üzü görəcək. 2013-cü il yanvarın 1-dən isə "Paritet” qəzeti fəaliyyətini tam şəkildə dayandıracaq: "Çünki bizim həm abunəçilər, həm də KİVDF qarşısında öhdəliklərimiz var. Yəni bu ilin sonuna kimi bizə abunə olan qurumlar, təşkilatlar, ayrı-ayrı insanlar var ki, biz onlara məlumat çatdırmalıyıq. Eyni zamanda KİVDF-nin maliyyə dəstəyi ilə layihə hazırlayırdıq və buna uyğun olaraq biz fonda hesabat verməliyik. Bu layihə də dekabrın sonu yekunlaşacaq. 2013-cü ilin yanvanından 1-dən isə fəaliyyətimizi dayandıracağıq».
Xatırladaq ki, «Paritet» qəzetinin fəaliyyətinin dayandırılması xəbəri yayılarkən bu mətbu orqanın «Palitra» qəzeti ilə birləşəcəyi deyilirdi. O da qeyd olunurdu ki, həftədə 3 dəfə nəşr olunan bu qəzetlər birləşdikdən sonra «Palitra» adı altında gündəlik nəşr olacaq. Bu məsələdən məlumatsız olduğunu deyən Cəmaləddin Quliyev bildirib ki, hələ baş redaktoru olduğu qəzetin işçiləri yerindədir və hər kəs öz fəaliyyətlərini davam etdirir: "Yanvarın 1-dən etibarən isə onlar yeni iş yerlərini müəyyənləşdirməkdə sərbəst olacaqlar. Çünki həmin işçilərin də bizimlə müqaviləsi var. Yəqin ki, "Paritet”in çıxmadığı müddətdə "Palitra”da işləmək istəyənlər o qəzetə keçəcək. Yaxud başqa qəzetə. Amma bu, iki qəzetin birləşməsi anlamına gəlməməlidir. O ki qaldı «Palitra»nın gündəliyə keçəcəyi barədə səsləndirilən fikirlərə, mən bu qəzetin gələcək planları barədə məlumatsızam».
Cəmaləddin Quliyev özünə iş axtaracağını da istisna etməyib: «Belə bir addım ata bilərəm. Çünki bu normal şeydir. Hər halda işsiz qalmayacam». Görəsən Mətbuat Şurası niyə susuur?

Category: XƏBƏRLƏR | Views: 414 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 13:21
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012