On bir ay ərzində Azərbaycana daxil olan və ölkədən göndərilən yardımların məbləği açıqlandı.
Dövlət Gömrük Komitəsinə istinadən verilen xəbərə görə, cari ilin yanvar-noyabr ayları ərzində ölkəyə 31,5 mln. dollar məbləğində humanitar yük, təmənnasız kömək və texniki yardım daxil olub. Bu müddətdə ölkədən göndərilən yardımın məbləği isə 533 min dollar təşkil edib.
Qeyd edək ki, cari ilin ilk on bir ayı ərzində cəmi ticarət dövriyyəsinin həcmi 30 mlrd. 538 mln. 605 min dollar olub ki, bunun da 22 mlrd. 94 mln. 254 min dolları ixracın, 8 mlrd. 444 mln. 351 min dolları idxalın payına düşüb.