Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 22 » “Azərbaycanda heç vaxt din və məzhəb savaşları olmayıb”
13:42
“Azərbaycanda heç vaxt din və məzhəb savaşları olmayıb”


Şeyx Səlahəddin Özgündüz: "Kənardan gələn din və məzhəblər Azərbaycanda məzhəblər arasındakı anlaşmanı hər an poza bilər”

"Narahatlıq yaradan məqam kənardan gələn din və məzhəblərdir. Bu kənar qüvvələr hər an Azərbaycanda məzhəblər arasındakı anlaşmanı poza bilər. Çünki kənardan gələn istənilən ideologiya narahatlıq mənbəyidir”.
 
Bu açıqlamanı Türkiyə Cəfəri İcmasının rəhbəri Səlahəddin Özgündüz deyib. S. Özgündüz bildirib ki, iki əsrə yaxındır Azərbaycan İslam aləmindən qoparılıb: "Bir əsrə yaxın müddətdə isə kommunist-ateist rejiminin təsiri altında qalıb. Buna baxmayaraq, Azərbaycanda dinə münasibət köklü olaraq dəyişilməyib. Azərbaycanın daha bir müsbət özəlliyi də odur ki, bu torpaqlarda din və məzhəb savaşları olmayıb”.
 
S. Özgündüz qeyd edib ki, kənardan gələn sünni də, şiə də Azərbaycan xalqına dərs vermək əvəzinə, buradan öyrənməlidir: "Onlar Azərbaycan xalqından dostluq və  bərabərlik şəklində necə yaşamağı öyrənməlidir. Təəssüf ki, burada əksini həyata keçirirlər. Azərbaycana gələn bu missionerlər xalqı öyrətməyə gəlirlər. Bu missionerlər üçün Azərbaycan sanki ovlaqdır, buranın insanları ov, onlar isə ovçudur”.
 
Türkiyə cəfərilərinin lideri bu cür məzhəb missionerlərinə çağırış da edib: "Azərbaycana qardaş kimi gəlin. Bu insanlar o zaman qardaş olduqlarını göstərərlər ki, Qarabağ və digər problemlərinin həllində Azərbaycanın yanında olsunlar. Onların bir çoxunun hərəkəti isə qardaşlığa yaraşmır. İstəyim odur ki, Azərbaycanın din xadimləri, dindarlarının heç birinin kənarla bağlılığı olmasın. Çünki kənardan gələnlər fitnə axtarar və qarışıqlıq yaratmaq istəyər. Bu dediklərim Türkiyəyə də aiddir”.
Category: DİN | Views: 468 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 10:57
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012