Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 21 » Azərbaycanda müəllim müəllimi baltaladı
16:52
Azərbaycanda müəllim müəllimi baltaladı

Azərbaycanın Ağcabədi rayonunda baş vermiş ölüm hadisəsinin təfərrüatları məlum olub. 

Ağcabədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Boyat kənd sakini, 1949-cu il təvəllüdlü Nizami Araz oğlu Əliyevin yıxılaraq ölmədiyi müəyyənləşib. Belə ki, həyata keçirilən tədbirlər nəticəsində N. Əliyevin müəllim yoldaşı Əli İbrahimov tərəfindən baltalanaraq öldürüldüyü məlum olub.


Prokurorluqdan bildirilib ki, N. Əliyevlə Ə. İbrahimov eyni məktəbdə çalışıblar. Ötən gün onlar arasında su üstündə mübahisə düşüb. Bu gün səhər saatlarında Ə. İbrahimov N. Əliyevi yaşadığı evdən apararaq qətlə yetirib. Hadisəni törədən Ə.İbrahimov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, səhər saatlarında yayılan ilkin məlumatda N. Əliyevin şalbandan yıxıldığı və aldığı xəsarətdən xəstəxanada öldüyü bildirilirdi. 
Category: Kriminal | Views: 445 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 16:33
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012