Azərbaycanda polis əməkdaşı cinayət törədib. Məlumata görə, hadisə Ağdam rayonunun Baharlı qəsəbəsində qeydə alınıb. Tərtər Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İmran Bəbirov mübahisə zəminində Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Siyavuş Hacıyevə balta ilə xəsarət yetirib. Yaralı polis əməkdaşı xəstəxanaya yerləşdirilib. Hadisəni törədən İ. Bəbirov saxlanılıb. Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir. |