25 yaşlı Samir Rüstəmov 21 yaşlı həyat yoldaşını qısqanclıq zəminində bıçaqlayıb Azərbaycanın Göygöl rayonunda qətl törədilib.Bu barədə Rayon Prokurorluğundan bildirilib. Hadisə ötən gün rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Rayon sakini, 25 yaşlı Samir Rüstəm oğlu Rüstəmov qısqanclıq zəminində həyat yoldaşı, 21 yaşlı Nərmin Vəzir qızı Rüstəmovanı bıçaqlayaraq öldürüb.
Hadisəni törədən S. Rüstəmov saxlanıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
|