Main » 2012 » December » 27 » Azadlığa çıxan vicdan məhbuslarının açıqlamaları
15:27 Azadlığa çıxan vicdan məhbuslarının açıqlamaları |
Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamına əsasən dekabrın 27-də azadlığa çıxan hüquq müdafiəçisi Taleh Xasməmmədov "Azadlıq” radiosuna açıqlama verib.
O deyib ki, əfv olunmasını müsbət qiymətləndirir: "Ancaq bəraət uğrunda mübarizə aparacam. Çünki mən cinayətkar deyiləm. Qanunsuzluqlara yol verən hakimiyyət nümayəndələrinin cəzalandırılmasını istəyirdim. Ancaq mənim özümü şərləyib həbsə atdılar. Ona görə axıra qədər mübarizə aparacam”.
Taleh Xasməmmədov bildirib ki, tutulan vaxt 48 saat onu incidiblər. Ancaq 14 ay cəza çəkdiyi 17 saylı Cəzaçəkmə Müəssisəsində ona münasibət normal olub.
Taleh Xasməmmədov onu da qeyd edib ki, bundan sonra siyasi fəaliyyətlə məşğul olacaq.
Taleh Xasməmmədov 2011-ci il noyabrın 12-də həbs olunmuşdu. Xuliqanlıqda və polisə müqavimətdə günahlandırılmış, Kürdəmir Rayon Məhkəməsinin qərarı ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Beynəlxalq təşkilatlar Taleh Xasməmmədovu vicdan məhbusu sayırdı.
|
Category: XƏBƏRLƏR |
Views: 432 |
Added by: Seymur86
| Rating: 0.0/0 |
|
|
Login |
|
|
|
Axtarış |
|
|
|
Təqvim |
|
|
|
Dostlar |
|
|
|
Kateqoriyalar |
|
|
|