Torlino Vimercati qəsəbəsinin bələdiyyə sədri Cuzeppe Siqoni bələdiyyənin bütün işlərini özü görür
İtaliyada kiçik bir qəsəbənin bələdiyyə sədri iqtisadi böhranla tək başına mübarizə aparır. Məlumata görə, İtaliyanın şimalında 450 nəfərlik Torlino Vimercati qəsəbəsinin bələdiyyə sədri Cuzeppe Siqoni bələdiyyənin bütün işlərini özü görür. Küçələri, qəbristanlığı süpürən Siqoni divara elan yapışdırır, zibil yığır, hətta zibil maşınını da özü sürür. Məlumata görə, Cuzeppe Siqoni belə edərək bələdiyyənin büdcəsinə 50 000 avro qənaət edir. Qeyd edək ki, büdcəsində 200 000 avro pulu olan qəsəbə bələdiyyəsi İtaliyada ən aşağı daşınmaz əmlak vergisi alan qurumdur.