Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 19 » Bəşər Əsədi qurban verirlər: diktatorun qaçacağı ölkə də məlumdur
12:29
Bəşər Əsədi qurban verirlər: diktatorun qaçacağı ölkə də məlumdur

Suriyanın Bəşər Əsəd rejimini vətəndaş müharibəsinin lap əvvəlindən dəstəkləyən Rusiya və İranın artıq bu siyasətdən vaz keçdiyi hər keçən gün daha açıq şəkildə ortaya çıxır. Hər iki ölkənin Suriya ilə bağlı planları Tehran və Moskvanın siyasi reallıqları artıq qəbul etdiyini göstərir.

Türkiyənin "Hürriyyət” qəzetinə danışan mənbələr Rusiyanın Bəşər Əsədi ailəsi və yaxın qohumları ilə birlikdə Venesuelaya getməsi üçün razı salmaq istədiyini bildiriblər.

Qəzetə danışan mənbələr söyləyiblər ki, Bəşər Əsədin Rusiya, Belarus və Ekvadora gedə biləcəyi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil: "Rusiya ilə müxtəlif kanallarla yaratdığımız təmaslardan əldə etdiyimiz təəssürat budur ki, rəsmi Moskva Bəşər Əsədi Suriyanı tərk etməsi üçün razı salmağa çalışır. Rusiya istəyir ki, B.Əsəd "Sonuna qədər müqavimət göstərəcəyəm və Suriyada öləcəyəm” fikrindən əl çəksin”.

Mənbə bildirir ki, Rusiya B.Əsədə davamlı olaraq "Müxalifət Dəməşqi ələ keçirsə, bundan sonra heç bir şansımız qalmyacaq” mesajını çatdırır: "Bu mərhələdə düşünülən yeganə ölkə Venesueladır. B.Əsədin ailəsinin və yaxın qohumlarının Venesuelada yerləşməsinə və bundan sonrakı ehtiyacları üçün özləriylə lazımı qədər pul və digər qiymətli əşyalar götürmələrinə də icazə veriləcək".

Suriya rejiminə Rusiyadan da yaxın görünən İran isə böhranın həlli üçün 6 maddəlik plan irəli sürüb. İran Xarici İşlər Nazirliyinin hazırladığı "Suriya planı”nda bəzi ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əvvəllər irəli sürülən sülh planlarındakı müəyyən məqamlar öz əksini tapıb.

Həmin planda aşağıdakı məqamlar yer alıb:

1. Silahlar BMT nəzarətində susmalı, həm hökumət qüvvələri, həm də müxalif silahlı qruplar hərbi qarşıdurmalara dərhal son verməlidir, BMT ilə əməkdaşlıq mühiti yaradılmalıdır.

2. Hərbi qarşıdurmalar dayandırılan kimi sılahlı təmas bölgələrindəki insanlara ayrı-seçkilik edilmədən humanitar yardım olunmalıdır. Bu müddətdə Suriyaya tətbiq olunan embarqolar qaldırılmalıdır, evlərini tərk edən insanların geri qayıdışı təmin edilməlidir.
       
3. Hərbi toqquşmaların sona çatması ilə həm Suriya hökuməti, həm də ölkədəki bütün siyasi və ictimai qrupların iştirakı ilə Milli Sülh Komitəsi qurulmalıdır. Bu komitədə aparılacaq dialoqlar çərçivəsində Milli Keçid Hökuməti yaradılmalıdır. Keçid Hökuməti yeni parlamentin yaradılmasını və prezident seçkilərinin keçirilməsini təmin etməlidir.

4. Suriya hökuməti və müxalif qruplar tərəfindən həbs olunan bütün şəxslər azadlığa buraxılmalıdır, zorakı hərəkətlərə yol verənlər məhkəmələr tərəfindən mühakimə olunmalıdır.

5. Suriyada baş verən proseslərlə bağlı xarici təbliğata və informasiyalara dərhal son qoyulmalıdır, bütün medianın Suriyada etibarlı bir mühitdə fəaliyyət göstərə bilməsi üçün imkan yaradılmalıdır.
 
6. Hərbi qarşıdurmalardan zərər görən Suriyanın infrastrukturunun bərpası üçün Abadlıq və Təmir Komitəsi qurulmalıdır. Komitə xarici yardımları cəlb etmək və istiqamətləndirmək üçün uyğun mexanizmlər hazırlamalıdır, dost ölkə və təşkilatların Suriyanın bərpasında hansı formada iştirak edəcəklərini müəyyən etməlidir.

Category: XƏBƏRLƏR | Views: 401 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 14:05
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012