Hadisə nəticəsində qızcığazlardan biri dünyasını dəyişib Bakıda 2 azyaşlı qızı maşın vurdu. Nərimanov Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Koroğlu Rəhimov küçəsində qeydə alınıb. Seymur Məmmədovun idarə etdiyi 90 PT 278 dövlət nömrə nişanlı "Fiat Doblo” markalı avtomobillə yolu keçən Nərimanov rayon sakinləri, 2002-ci il təvəllüdlü Gülçin Quliyeva və 2004-cü il təvəllüdlü Pərvin Quliyevanı vurub. Gülçin Quliyeva aldığı xəsarətlərdən Klinik Tibbi Mərkəzdə ölüb.
Pərvin Quliyeva xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
|