Bu gün Bakı şəhərinin Binəqədi rayonunda bədbəxt hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Binəqədi qəsəbəsində 1981-ci il təvəllüdlü Mirzəliyev İsmayıl Şakir oğlu dəm qazından boğulub. Onun meyiti yaşadığı mənzilin hamam otağından tapılıb. Faktla əlaqədar müvafiq ekspertizalar təyin edilib, araşdırmalar aparılır.
|