Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində 50 yaşlı iş adamı döyülüb. Rayon Polis İdarəsindən verilən məlumata görə, 1962-ci il təvəllüdlü Kamil Əlimuradov möhkəm döyülüb.
Onu kəllə-beyin travması ilə xəstəxanaya yerləşdiriblər. Xəstənin vəziyyəti ağır olduğu üçün, onun ifadəsi alınmayıb. Faktla bağlı araşdırma aparılır.