Şamaxı Rəsədxanasının kiçik elmi işçisi həyat yoldaşını və oğlunu bıçaqlayıb.
Bakıda ata oğlunu və həyat yoldaşını bıçaqlayıb.
Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Zabrat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Əbülfət Məmmədov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1969-cu il təvəllüdlü Aidə Məmmədovanı və oğlu, 1992-ci il təvəllüdlü Vahid Məmmədovu bıçaqlayıb.
Hər iki yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hadisə törədən Ə. Məmmədov tutulub. Polisdən, həmçinin bildirilib ki, Əbülfət Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında kiçik elmi işçidir. O, həyat yoldaşına 8, oğluna isə 5 bıçaq xəsarəti yetirib.
|