Bakıda 31 yaşlı qadın 2 yaşlı körpəsini də götürərək evdən çıxıb və bir daha geri qayıtmayıb. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a bildirilib ki, 1981-ci il təvəllüdlü M.A-nın yaxınları polisə müraciət edərək qadının 3 gün əvvəl azyaşlı oğlu ilə birgə evdən çıxdığını və bir daha qayıtmadığını bildirib. Qeyd olunub ki, bu müddət ərzində nə onun mobil telefonu cavab verib, nə də qohumları ilə əlaqə saxlayıb.
Qadının və uşağının xarakterik əlamətləri götürülüb. Hazırda onların tapılması istiqamətində iş aparılır.