Dekabrın 20-də saat 17.00 radələrində Zabrat Dəmir Yolu Stansiyasının ərazisindəki qorunan keçiddə bədbəxt hadisə baş verib. Azeri-Xeber.cuoz.com-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, elektrovozla Astara rayon sakini Şeyda Mustafayeva və onun qızı 5 yaşlı Albina vurulub.
Nəticədə xəsarət almış ana və uşaq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətləri orta-ağırdır.