Main » 2012»December»28 » Bakıda avtobus marşrutlarının bağlanması etiraza səbəb oldu (VİDEO)
17:30
Bakıda avtobus marşrutlarının bağlanması etiraza səbəb oldu (VİDEO)
150-dən çox avtobus xəttdən kənarlaşdırılıb
Sərnişinlərin daha çox etirazla qarşıladığı "Əjdaha ili”nin marşrut xətlərinin bağlanmasından ibarət olan hədiyyəsinin davamı gələn il də olacaq. Nəqliyyat Nazirliyinin rəsmisi bayramqabağı sərnişinlərə verəcəkləri başqa hədiyyələrdən də danışıb. İlin sonuna yaxın Nəqliyyat Nazirliyinin onlarla avtobusu xəttdən kənarlaşdırması yüzlərlə sərnişinin narazılığına səbəb olub. Avtobusların xəttdən kənarlaşdırılması sakinlərə baha başa gəldi.
Çoxsaylı şikayətlərə baxmayaraq ləğv olunmuş marşrutların heç də hamısı bərpa olunmadı. Nəinki bərpa olunmadı, Nəqliyyat Nazirliyinin içtimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov deyir ki, qarşıdan gələn 2013-çü ildə də avtobusların xətdən kənarlaşdırılması davam etdiriləçək. Qurum rəsmisinin sözlərinə görə, bir-birini təkrarlayan marşrut xətləri istisna olmaqla, xırda tutumlu avtobuslar artıq yeniləri ilə əvəzlənib.
Yeni ildən isə sərnişinləri sərnişindaşımada yeniliklər gözləyir: "SMS xidməti olaçaq. Bundan başqa avtobuslarda kart sistemi olacaq”.
Qeyd edək ki, avtobusların xəttdən kənarlaşdırılması həm də son aylarda artmaqda olan avtobus qəzalarının qarşısını almaq məqsədi daşıyır.