Hadisə Suraxanıda baş verib
Bakıda yaşayış evi yanıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən veril'n xəbərə görə, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli altı otaqlı evin 4 otağının və dam örtüyünün yanar konstruksiyaları 90 kv.m sahədə yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.