zərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Binəqədi rayonundakı 138 saylı bağçada uşaqların kütləvi zəhərlənməsi ilə əlaqədar nümunələr üzərində apardığı müayinələrin nəticələrini açıqlayıb.
Respublika Gigiyena və Epidemilogiya Mərkəzindən
Trend-ə bildirilib ki, həmin gün makaronlu toyuq yeyən rus bölməsində çalışan
Gülnarə Mikayılovanın burnundan, xəstəxanaya yerləşdirilmiş 10 uşağın qusuntu maddəsindən götürülmüş nümunələrin 8-də qızılı stafilokok (Staphylococcus aureus) aşkarlanıb. Eyni zamanda, yarma şorbası və əşyalardan götürülmüş 23 nümunənin 7-də bağırsaq cöpləri aşkarlanıb. İçməli su və digər ərzaq nümunələri üzərində müayinələrin nəticələri normal olub.
Qeyd edək ki, dekabrın 13-də, saat 18:30 radələrində paytaxtın Binəqədi rayonu ərazisində yerləşən 138 saylı uşaq bağçasında qida məhsulundan kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.
Nahardan sonra orada tərbiyə alan 230 uşaqdan 13-nün səhhəti pisləşdiyindən onlar Səhiyyə Nazirliyi 2 saylı Uşaq və 7 saylı Şəhər xəstəxanalarına "qida zəhərlənməsi" diaqnozu ilə yerləşdiriliblər.