O, müxtəlif obyektlərdən fərqli oğurluq hadisələri törətməkdə təqsirkar bilinir Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Fərid Vəliyev dekabrın 16-da tutulub.![](http://www.anspress.com/images/photos/10214.jpg) O, 2010-cu il iyun ayının 4-nə keçən gecə Şərifzadə küçəsində yerləşən, Zeynəb Ağayevaya məxsus köşkdən qıfılı sındırma yolu ilə ətriyyat və tütün məmulatları, dekabr ayının 3-nə keçən gejə isə Mətbuat prospektində yerləşən, Arif Vəliyevə məxsus mağazadan qapını sındırma yolu ilə 600 manat dəyərində ərzaq məhsulları oğurlayıb.
F.Vəliyev bundan başqa, bu ilin oktyabr ayının 2-dən noyabrın 7-dək olan müddətdə M.Seyidov küçəsində yerləşən məscidin giriş qapısında qoyulan, içərisində 100 manat olan nəzir-yardım qutusunu və dekabrın 15-i məscidin 2-ci mərtəbəsində olan təklif və rəy qutusunu qanunsuz olaraq götürmüşdür.
Saxlanılan şəxs ayrı-ayrı vaxtlarda A.Şərifzadə küçəsində yerləşən müxtəlif məkanlardan oğurluq edib. Belə ki, o, iyunun 15-i Zahir Nəcəfova məxsus yeni tikilidən 140 metr elektrik kabeli, noyabrın 1-i Elçin Quliyevə məxsus hindən 50 ədəd göyərçin, dekabrın 11-i Tofiq Novruzova məxsus köşkdən 50 manat, meyvə-tərəvəz və dekabrın 15-i Daşqın Nəzərova məxsus köşkdən qapının sındırma yolu ilə meyvə-tərəvəz oğurlayıb.
|