Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda tiryək dövriyyədən çıxarılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, yaxalanan Lənkəran rayon sakinlərindən külli miqdarda narkotik vasitə aşkar olunub. İlk öncə tutulan Səbuhi Nəsirovun üzərindən 6,189 qram, yaşadığı Naxçıvanski küçəsindəki evdən isə 35,425 qram narkotik maddə olan tiryək aşkar olunaraq götürülüb. Narkotik maddənin mənbəyinin aşkar olunması istiqamətindən davam etdirilən əməliyyat tədbirləri nəticəsində S.Nəsirova narkotik vasitəni satan Mütəllim Cəbiyev tutulub və ondan 5,28 qram marixuana götürülub. Bundan sonra M.Cəbiyevə narkotik maddəni həmyerlisi Yaqub Quliyevin satdığı müəyyən edilib və ondan 94,538 qram tiryək aşkar olunub. Nəhayət, Y.Quliyevə narkotik maddə satan Tahir Məmmədov da tutulub və üzərindən 5,32 qram marixuana aşkar olunaraq götürülüb.
Araşdırmalar davam etdirilir.